“Fınca Azerbaijan”ın Ağcabədi filialı yeddi illiyini qeyd etmişdir
AzerTAg.az
Bakı, 25 aprel (AZƏRTAC). “Fınca Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatının 2013-cü ilin ən yaxşı filialı adına layiq görülmüş Ağcabədi filialı 7 illiyini qeyd etmişdir.
Bankdan AZƏRTAC-a bildirmişlər ki, hazırda filial 4200 nəfərdən çox fəal müştəriyə - kənd təsərrüfatı, istehsalat və müxtəlif xidmət sahələri ilə məşğul olan kiçik və orta sahibkarlara müxtəlif kredit məhsulları təqdim etməklə keyfiyyətli maliyyə xidmətləri göstərməkdə davam edir.
Bir çox uğurlara imza atmış Ağcabədi filialı fəaliyyətinin yeddinci ilində 28 nəfərlik işçi heyəti ilə 6 milyon kredit portfeli hədəfinə də nail ola bilmişdir.
Bütün bunlarla yanaşı, filial həm də rayonun ictimai-sosial həyatında fəal iştirak edən maliyyə qurumu kimi fəaliyyət göstərir.
Xəbərin mətnində orfoqrafik səhv var