İQTİSADİYYAT


“FlyArystan” aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna ilk reysini yerinə yetirib

Bakı, 1 aprel, AZƏRTAC

Qazaxıstanın “FlyArystan” aşağıbüdcəli aviaşirkəti cümə günü - aprelin 1-də Aktau şəhərindən Heydər Əliyev Beynəlxalq Aeroportuna ilk reysini həyata keçirib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Qazaxıstanın ilk aşağıbüdcəli aviaşirkəti olan “FlyArystan” “Air Astana” aviaşirkətinin struktur bölməsidir.

Bu həftədən etibarən aviaşirkət Aktau-Bakı-Aktau marşrutu üzrə həftədə iki dəfə - cümə və bazar günləri uçuşlar həyata keçirəcək.

Xatırladaq ki, aprel ayında Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı olan “Buta Airways” aviaşirkəti də Qazaxıstana uçuşlar həyata keçirməyə başlayacaq. Belə ki, aprelin 5-dən etibarən aviaşirkətin Bakı-Aktau-Bakı marşrutu üzrə reysləri həftədə üç dəfə - çərşənbə axşamı, cümə və bazar günləri həyata keçiriləcək.

Səyahət etməzdən əvvəl bütün sərnişinlərə COVID-19 pandemiyası zamanı qüvvədə olan hər iki ölkəyə giriş qaydaları haqqında son məlumatlarla tanış olmaları tövsiyə olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.