Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Formula 1 Azərbaycan Qran-Prisi: Luis Hamilton dünya çempionatında liderliyə yüksələ biləcəkmi?

Bakı, 27 aprel, AZƏRTAC

Aprelin 27-də Bakıda üçüncü dəfə Formula 1 Azərbaycan Qran-Prisinə start verilib.

AZƏRTAC xəbər verir ki, avtoidman həvəskarları hər birində iki pilotun mübarizə apardığı on komandanın Formula 1 üzrə dünya çempionatının qalibi olmaq uğrunda aparacağı gərgin idman mübarizəsinin şahidi olacaqlar.

Formula 1 birnəfərlik, açıq təkərli avtomobil yarışları üzrə dünya çempionatıdır. Bu yarışlar 1950-ci ildən etibarən müntəzəm olaraq keçirilir. Qeyri-rəsmi olaraq Formula 1 sürücüləri pilot, avtomobillər isə bolid adlandırılır. Formula 1 yarışları Beynəlxalq Avtomobil Federasiyasının müəyyən etdiyi qaydalara əsasən təşkil edilir. Yarışlar il ərzində müxtəlif ölkələrdə keçirilən mərhələlərdən ibarət olur. Hər mərhələyə Qran-Pri adı verilir. Çempionatda həm sürücülər, həm də komandalar yarışırlar. Pilotlar dünya çempionu titulu, komandalar isə Mühəndislər Kuboku uğrunda mübarizə aparırlar. İlin sonunda bütün Qran-Prilərdən toplanan xalların əsasında pilotlar və komandalar arasında qalib müəyyən edilir və mükafatlandırılır.

Formula 1 yarışları tamaşaçı auditoriyasına görə futbol üzrə dünya çempionatından və Olimpiya Oyunlarından sonra üçüncü sırada durur. Dünyada yarım milyarddan çox tamaşaçı auditoriyası olan Formula 1 çempionatlarından birincisi 1950-ci ildə keçirilib. İlk yarışda “Alfa Romeo” komandası və onun italiyalı pilotu Cüzeppe Farina çempion olub. Ən çox çempion adını “Ferrari” komandasının əfsanəvi alman pilotu Mixael Şumaxer qazanıb. O, 7 dəfə çempion olub. Ümumilikdə onun hesabında 91 qələbə var. O, ilk qələbəsini 1992-ci il Belçika Qran-Prisində, sonuncu uğurunu isə 2006-cı il Çin Qran-Prisində əldə edib. Formula 1 tarixinin ən gənc qalibi isə Maks Ferstappen olub. Belçikalı pilot 2016-cı ildə İspaniya Qran-Prisində 18 yaş 227 günlüyündə qələbə qazanıb. Ən yaşlı qalib pilot isə Luici Facioli olub. O, 1951-ci il Fransa Qran-Prisində 53 yaşında qalib gəlib.

Azərbaycan artıq üçüncü ildir Formula 1 yarışlarına ev sahibliyi edir. Formula 1 çempionatının Bakı mərhələsi avtoidman həvəskarları tərəfindən ən maraqlı Qran-Prilərdən biri kimi səciyyələndirilir. Almaniyalı Herman Tilke tərəfindən layihələndirilən 6 kilometr uzunluğundakı şəhər treki nadirliyi ilə seçilir. Bakıda keçirilən yarış zamanı avtomobillər dənizkənarı bulvar boyunca hərəkət edir, şəhərin ən qədim hissəsi olan və UNESCO-nun dünya irsi siyahısına daxil edilən İçərişəhər Tarix-Memarlıq Qoruğunun ətrafında dövr edirdilər. Beləliklə, yarışı izləyən televiziya tamaşaçıları və qonaqlar şəhərin tam simasını görmək imkanı qazanırlar.

Ölkəmizdə keçirilən və Avropa Qran-Prisi adlandırılan ilk yarışın qalibi “Mercedes”in pilotu Niko Rosberq olub. Həmin mövsüm N.Rosberq dünya çempionatının qalibi, “Mercedes” komandası isə Mühəndislər Kubokunun sahibi olub. N.Rosberq dünya çempionu olduqdan sonra karyerasını başa vurub.

Ötən ildən Azərbaycan Qran-Prisi adlandırılan yarışın qalibi adını “Red Bull Racing” komandasının avstraliyalı pilotu Daniel Rikkardo qazanıb. 2011-ci ildə Böyük Britaniya Qran-Prisində debüt edən Daniel Rikkardo 28 dəfə podyuma qalxıb. Bakının onun üçün uğurlu olduğunu bildirən Daniel Rikkardo deyib: “Ötən il Bakıda qələbə qazandım və həmin yarışla bağlı çox gözəl xatirələrim var. Bizə uğur qazandıran trekə yenidən qayıdırıq. Bakıya xoş hisslərlə gəlmişik. İki həftə əvvəl Çin Qran-Prisində rəqiblərimi qabaqladım. Yarışı birinci dövrədən sonra başa vurmaq çox çətindir. Üç həftə sonra Çində qalib gəlmək şansım var idi və bundan istifadə etdim. Orada da Bakıda olduğu kimi qalib gəldim”.

Bu il Azərbaycan Qran-Prisində mübarizə aparan pilotlar arasında ən titullusu “Mersedes”in britaniyalı pilotu Luis Hamiltondur. Dörd dəfə dünya çempionu olan L.Hamiltonun bu dəfə də şansları yüksək qiymətləndirilir. Formula 1 yarışında ilk dəfə 2007-ci ildə “McLaren” komandasının heyətində debüt edən britaniyalı pilot 2008-ci ildə birinci çempionluğunu yaşayıb. 2013-cü ildə “Mersedes” komandasında transfer edilən britaniyalı pilot üç dəfə - 2014-cü, 2015-ci və 2017-cı illərdə ən güclü olduğunu sübut edib.

Avtoidman həvəskarları cari Formula 1 çempionatının dördüncü Qran-Prisi olan Bakı yarışında elə ilk anlardan gərgin idman mübarizəsinin şahidi olublar. Luis Hamilton indiyədək başa çatan ilk üç Qran-Pridə qələbə qazana bilmədiyi üçün Bakı mərhələsinin gərgin idman mübarizəsi şəraitində keçəcəyi gözlənilir. Builki çempionatın ilk iki mərhələsində - Avstraliya və Bəhreyn Qran-prilərində Sebastian Fettel (“Ferrari”), Çin Qran-Prisində isə Daniel Rikkardo (“Red Bull Racing”) qalib gəliblər. Üç Qran-Prinin yekununa əsasən, hazırda çempionata 54 xalla S.Fettel liderlik edir. Ötənilki çempion L.Hamilton 45 xalla ikinci, onun komanda yoldaşı Valtteri Bottas 40 xalla üçüncüdür. D.Rikkardo isə 37 xalla dördüncü sırada qərarlaşıb.

Formula 1 Azərbaycan Qran-Prisinin qalibi aprelin 29-da keçiriləcək əsas yürüşdən sonra müəyyənləşəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ