İDMAN


Formula 1: Bakı şəhər halqasında birinci DRS zonasını azacıq qısaldıblar

Bakı, 3 iyun, AZƏRTAC

Beynəlxalq Avtomobil Federasiyasında (FIA) Bakı şəhər halqasındakı DRS zonalarının yerləşməsini təsdiqləyiblər.

AZƏRTAC xəbər verir ki, əvvəllər də olduğu kimi, pilotlar bolidin arxa qanadının idarəetmə elementinin vəziyyətini hər dövrədə iki dəfə dəyişə bilərlər, bu şərtlə ki, rəqibdən geri qalma müddəti bir saniyədən çox olmasın.

Birinci DRS zonasından əvvəl bolidlər arasında interval ölçmə nöqtəsi təhlükəsizlik maşınının ikinci xətti ilə üst-üstə düşür. Bu sistemi ikinci döngədən 54 metr sonra – 2019-cu ildəki ilə müqayisədə 2 metr gec istifadə etmək olar.

İkinci DRS zonasının ölçmə nöqtəsi 20-ci döngənin apeksində yerləşir və sistemi 347 metrdən sonra aktivləşdirmək olar.

Xatırladaq ki, Formula 1 çempionatının Azərbaycan Qran-Prisi 4-6 iyun tarixlərində Bakı şəhər halqasında keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.