İDMAN


Formula 1 Türkiyə Qran-Prisinə 100 minədək tamaşaçının buraxılması planlaşdırılır

Bakı, 2 sentyabr, AZƏRTAC

Formula 1 Türkiyə Qran-Prisinin təşkilatçıları yarışı tamaşaçılarla keçirməyi düşünürlər.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bütün sanitariya və epidemioloji qaydalara riayət etməklə tribunalara 100 minədək tamaşaçının buraxılması planlaşdırılır.

Yarışın təşkilatçısı “İntercity” şirkətinin icraçı direktoru Vural Ak mətbuat konfransında bildirib ki, epidemioloji vəziyyət pisləşərsə, yarış tamaşaçısız keçiriləcək. Hər şey qaydasında gedərsə, sosial məsafəni gözləmək şərti ilə 100 min tamaşaçı qəbul etmək olar.

Noyabrın 13-15-də keçiriləcək yarışın 3 günü üçün biletlərin qiyməti 90 türk lirəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.