İDMAN
Formula 1 üzrə dünya çempionatının 2019-cu il təqvimi Belçika Qran-Prisinədək dərc olunacaq
Bakı, 24 iyul, AZƏRTAC
Formula 1 yarışlarının kommersiya direktoru Şon Bratçes bildirib ki, 2019-cu il mövsümünün təqvimi 24-26 avqust tarixlərində keçiriləcək Belçika Qran-Prisinə qədər dərc olunacaq.
AZƏRTAC “F1News.ru” saytına istinadla xəbər verir ki, Bratçes mərhələlərin sayını açıqlamaqdan imtina edib. Bildirib ki, bu il olduğu kimi, gələn il də 21 yarışın gözlənildiyi istisna edilmir. “Liberty Media”da Almaniya Qran-Prisini təqvimdə saxlamağa çalışırlar.
Şon Bratçes deyib: “Biz alman mərhələsinin saxlanılmasında maraqlıyıq. İyirmi bir Qran-Pridən yalnız üçündə – Avstriya, Böyük Britaniya və Almaniyada yarışlar yerli hökumətin dəstəyi olmadan keçirilir və biz bu məsələnin həlli yollarını tapmağa çalışırıq. Biz ağ bayraq qaldırmağa və 2019-cu ildə Almaniyadakı yarışlardan imtina etməyə hazır deyilik. Bununla bağlı razılıq əldə edilməsində hamı maraqlıdır. Bu gözəl ölkənin çoxlu trası var”.