MƏDƏNİYYƏT


Formula 1 və “EURO 2020” tədbirləri ilə bağlı işçi qrupu yaradılıb

Bakı, 31 oktyabr, AZƏRTAC

2020-ci ildə Bakıda reallaşacaq Formula 1 Azərbaycan Qran-Prisi yarışlarının və “EURO 2020” oyunlarının təşkilat komitələri və digər qurumların nümayəndələri ilə keçirilən görüşdə birgə işçi qrupunun yaradılmasına qərar verilib.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Turizm Bürosu, Bakı Şəhər Halqası, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Azərbaycan Hotellər Assosiasiyasının təşkilat heyətindən ibarət işçi qrupu ölkəyə daha çox turistin cəlb olunması və qonaqların vaxtlarını daha səmərəli keçirmələrini təmin etmək üçün birgə fəaliyyət göstərəcəklər.

Görüş çərçivəsində təkcə Bakı deyil, regionlar üzrə də təbliğatın aparılması, turizm məhsullarının yaradılması, eyni zamanda satış platformalarının müəyyən olunması imkanları və yolları kimi mövzular ətrafında da fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.