İDMAN


Formula 1 yenidən Afrikaya qayıda bilər

Bakı, 22 fevral, AZƏRTAC

Formula 1 yenidən Afrikaya qayıda bilər. 2023-cü ildə Cənubi Afrika Respublikasında (CAR) Formula 1 yarışının keçirilməsi planlaşdırılır. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, hazırda “South African Grand Prix” (SAGP) və “Liberty Media” şirkətləri arasında danışıqlar davam edir. SAGP-nın rəhbəri Uorren Şekter yarışın Kyalami trasında keçiriləcəyini açıqlayıb. Tras sonuncu dəfə 1993-cü ildə Formula 1 üzrə dünya çempionatında ev sahibliyi edib.

Qeyd edək ki, CAR ilk dəfə 1934-cü ildə Formula 1 yarışına ev sahibliyi edib. Həmin vaxt yürüş İst-London şəhərində təşkil olunub. 1967-ci ildən isə yarışa Kyalami trası ev sahibliyi edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.