SİYASƏT


Fransa mətbuatı Azərbaycan səfirinin Evian-le-Bən şəhərinə səfərindən yazıb

Paris, 5 yanvar, AZƏRTAC

Fransanın “Le Dauphine Libere” qəzetində səfir Rəhman Mustafayevin Evian-le-Bən şəhərinə işgüzar səfəri ilə bağlı “Azərbaycan səfiri və şəhər dostluq əlaqələrini əbədiləşdirirlər” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə səfir Rəhman Mustafayevin mer Jozyan Ley ilə görüşündən yazılıb. Evian-le-Bən və İsmayıllı şəhərləri arasında sıx əlaqələrin 2015-ci ildə dostluq xartiyası ilə daha da möhkəmləndiyi bildirilib. Qeyd edilib ki, xartiya iki ölkə arasında mədəniyyət, turizm, idman və gənclər siyasəti sahələrində təcrübə mübadiləsini əhatə edir. İqtisadi əlaqələrin inkişafına dair müzakirələr aparılır. Dostluq əlaqələri yeni layihələrlə daha da möhkəmləndirilərək genişləndiriləcəkdir.

Azərbaycanın qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsi olmasından, bu il ölkəmizdə qadınlara səsvermə hüququnun 100 illiyinin qeyd olunacağından söz açılıb. Bu münasibətlə Evian-le-Bən şəhərinin meri Jozyan Leyin Bakıya dəvət olunduğu qeyd edilib.

“Radio Plus” radiosunda da Azərbaycan səfirinin işgüzar səfəri haqqında veriliş səsləndirilib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.