DÜNYA


Fransada güclü qar qasırğası səbəbindən 41 min ev elektriksiz qalıb VİDEO

Bakı, 30 yanvar, AZƏRTAC

Fransa ərazisindən keçən “Qabriel” qar qasırğası 41 min evi elektriksiz qoyub.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Fransanın “Enedis” elektrik təchizatı kompaniyasının məlumatında deyilir. Hazırda kompaniyanın əməkdaşları gücləndirilmiş iş rejiminə keçib. Axşam saatlarında regionda elektrik enerjisinin tam bərpa olunacağı gözlənilir.

“Qabriel” qasırğası yanvarın 30-na keçən gecə Fransa ərazisinə çatıb. Qasırğa sürəti saatda 110 kilometrə çatan güclü küləklərlə və intensiv qar yağması ilə müşayiət olunub. Bəzi yerlərdə qarın qalınlığı 10 santimetrə çatıb.

Fransanın meteoroloji xidmətinin məlumatına görə, hazırda “Qabriel” qasırğası ölkəni tərk edərək Almaniya ərazisinə doğru istiqamətlənib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.