DÜNYA
Fransada prezident seçkilərinin ikinci turunda 48,7 milyon seçicinin səs verməsi gözlənilir
Paris, 24 aprel, AZƏRTAC
Fransada prezident seçkilərinin ikinci turu davam edir.
AZƏRTAC xəbər verir ki, bu gün seçki məntəqələrində 48,7 milyon fransızın səs verməsi gözlənilir. Səhər saat 8-dən açılmış seçki məntəqələri axşam saat 19:00-a, hətta bəzi böyük şəhərlərdə saat 20:00-dək davam edəcək. İkinci turun ilk təxmini nəticələri saat 20:00-də elan olunacaq. Sonra prezident seçkilərinin hər iki namizədinin çıxışı gözlənilir.
Fransanın bəzi dənizaşırı ərazilərində, eləcə də xaricdə yaşayan fransızlar dünən səs veriblər.
Prezident seçkilərinin birinci turunun qalibləri Emmanuel Makron və Milli Birlik Partiyasının sədri Marin Le Pen Pa-dö-Kale (Pas-de-Calais) departamentində səs veriblər.
Seçkilərin nəticələrindən asılı olmayaraq, mövcud beynəlxalq vəziyyətlə əlaqədar hökumətin tezliklə istefaya göndəriləcəyi gözlənilmir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbir
Paris