MƏDƏNİYYƏT


Fransız kinorejissoru Jan-Klod Brisso 74 yaşında vəfat edib

Bakı, 12 may, AZƏRTAC

“Səs və qəzəb”, “Ağ toy” filmləri ilə tanınan fransız kinorejissoru Jan-Klod Brisso mayın 11-də Parisdə 74 yaşında vəfat edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Monde qəzetinə rejissorun ailəsindən məlumat veriblər. France-Press agentliyi isə öz növbəsində kinematoqrafçının yaxınlarına istinadla onun uzun sürən xəstəlik nəticəsində xəstəxanada vəfat etdiyini bildirib.

Brisso Kann kinofestivalının iki mükafatını alıb – 1988-ci ildə “Səs və qəzəb”, 2003-cü ildə isə “Gizli ehtiras” filmlərinə görə xüsusi mükafatlara layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.