İDMAN


Futbol üzrə Birinci Divizionun qalibi olan “MOİK” komandasının üzvləri mükafatlandırılıb

Bakı, 11 may, AZƏRTAC 

Futbol Azərbaycan çempionatının Birinci Divizionunda mövsümün sonuncu - 26-cı turunun oyunları keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Lökbatan” Olimpiya İdman Kompleksinin stadionunda keçirilən sonuncu görüşdə nazirliyin Mərkəzi Ordu İdman Klubu (MOİK) “Sabah-2” komandası ilə qarşılaşıb.

Görüşdə üstün oyun nümayiş etdirən hərbçi futbolçular matçın 41-ci dəqiqəsində Raul Yaqubzadənin 11 metrlik cərimə zərbəsindən vurduğu qolla qələbə qazanıblar. Beləliklə, mövsüm ərzində keçirdiyi oyunlarda 21 dəfə meydanı qalib kimi tərk edən MOİK 65 xalla divizionun çempionu olub və Premyer Liqaya vəsiqə qazanıb.

Oyun başa çatdıqdan sonra müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev qaliblərə medallar və kubok təqdim ediblər.

MOİK sonuncu dəfə yüksək liqada 2010-2011-ci illər mövsümündə çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.