REGİONLAR


Futbol üzrə birincilikdə növbəti turun oyunları başa çatıb

Naxçıvan, 15 avqust, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, şəhər və rayon Gənclər və İdman idarələrinin təşkilatçılığı ilə gənclərdən ibarət kənd komandaları arasında futbol üzrə şəhər və rayon birinciliklərində növbəti turun oyunları olub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, dövrə sistemi ilə keçirilən oyunlarda Naxçıvan şəhəri üzrə Qaraxanbəyli və Tumbul kənd komandaları üz-üzə gəlib. Görüş birincilərin 7:5 hesablı qələbəsi ilə başa çatıb.

Şərur rayonu üzrə keçirilən görüşlərdə isə Muğancıq kənd komandası Müslüm kənd komandasını (6:1), Siyaqut kənd komandası Maxta kənd komandasını (4:2), Düdəngə kənd komandası Dizə kənd komandasını (6:2) məğlub edib.

Babək rayonu üzrə keçirilən görüşdə Kültəpə kənd komandası Cəhri kənd komandasından güclü olub – 5:2. Culfa rayonunda iki oyun keçirilib. Belə ki, Camaldın - Kırna və Xanəgah - Əlincə görüşlərində birincilər qələbəni bayram ediblər – 3:1 və 8:7.

Ordubad rayonunda Kələntərdizə və Sabirkənd kənd komandaları qarşılaşıb və görüş birincilərin qələbəsi ilə yekunlaşıb – 3:0. Sədərək rayonu üzrə keçirilən oyunda Kərki kənd komandası Qaraağac kənd komandasından güclü olub – 4:1.

Kəngərli rayonu üzrə keçirilən görüşdə azarkeşlər 9 qola şahidlik ediblər: Şahtaxtı - Xok 5:4.

Şahbuz rayonunda isə Kükü kənd komandası Badamlı kənd komandasını (4:1), Gömür kənd komandası Kolanı kənd komandasını (4:0) məğlub etməyi bacarıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.