İDMAN


Futbol üzrə dünya çempionatlarını işıqlandırmasına görə tarixə düşən ilk jurnalist

Futbol üzrə dünya çempionatlarını işıqlandırmasına görə tarixə düşən ilk jurnalist

Bakı, 30 noyabr, AZƏRTAC

Səksən səkkiz yaşlı argentinalı jurnalist Enrike Makaya Markes Qətərdə mükafatlandırılıb.

AZƏRTAC FIFA-nın saytına istinadla xəbər verir ki, o, son 17 futbol üzrə dünya çempionatının işıqlandırılmasında iştirak edən ilk jurnalist kimi tarixə düşüb. 1958-ci ildə İsveçrədə təşkil olunan mundiala yollanan E.Markes 23 yaşında olub. Bu, sayca yeddinci dünya çempionatı idi.

E.Markes həmin günləri belə xatırlayır: “O vaxtlar Avropaya səyahət o qədər də asan deyildi. Yanacaq doldurmaq üçün hər yerdə dayanırdıq. O qədər dayanacaq var idi ki, hamısını xatırlaya bilmirəm. Sonra bir hotel tapmalı olduq. Hər şeyin nəticə verməsi möcüzə idi. Yayım bugünkü texnologiyadan çox uzaq idi. Biz telefon stansiyasına qoşularaq məlumatları Argentinaya ötürürdük”.

“Biz, futbolda ən yaxşı olduğumuzu düşünürdük. Argentina siyasi qərarlara görə bəzi dünya çempionatlarında iştirak etməmişdi. Ancaq illüziya tez pozuldu. Keçmiş Çexoslovakiya 6 qolla Argentinaya qalib gəldi. İnana bilmədim, bu, izaholunmaz idi. Heç vaxt eşitmədiyimiz komandaya məğlub olduq. Buna dözə bilmədim və siqareti buraxdıqdan üç il sonra yenidən çəkdim. Bu, çətin bir dərs oldu”, - deyə argentinalı jurnalist əlavə edib.

Argentina millisinin 1978-ci və 1986-cı illərdə dünya çempionatının qalibi olduğunu stadiondan izləyən və 1979-cu ildə Qlazqoda Şotlandiya ilə yoldaşlıq görüşündə yığmamızın heyətində vurduğu ilk qolla başlayan Dieqo Maradonanın karyerasına birbaşa şahid olan yazar qeyd edib ki, karyerası boyunca “mənim həvəsim jurnalistikadan çox futboldur” demişəm. Hələ də televiziyadan çox radioya üstünlük verirəm. Mənə məşhurluq qazandıran televiziya olsa da, çoxları mənim 15 yaşımdan radioda işləməyə başladığımı bilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.