İDMAN


Futzal üzrə Azərbaycan millisi sayca altıncı dəfə Avropa çempionatının final mərhələsində iştirak edəcək

Bakı, 12 yanvar, AZƏRTAC

Futzal üzrə Azərbaycan millisi yanvarın 22-də Avropa çempionatının final mərhələsində ilk oyununu keçirəcək. Bu, komandamızın sayca 6-cı final mərhələsi olacaq.

AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, 2010-cu ildə bu mötəbər turnirin həlledici mərhələsində debüt edən millimiz ən uğurlu nəticəsini də həmin vaxt qazanıb – dördüncü yer.

Yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsində Azərbaycan millisi D qrupunda mübarizə aparacaq. Yığmamız yanvarın 22-də Gürcüstan, dörd gün sonra İspaniya, ayın 29-da isə Bosniya və Herseqovina ilə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.