REGİONLAR


Füzulidə Ulu Öndərin anadan olmasının 99-cu ildönümü qeyd edilib

Füzuli, 10 may, Aydın Yavərzadə, AZƏRTAC

Füzuli rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd olunub. Horadiz şəhəri Heydər Əliyev Parkında keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Alı Alıyev, şəhid ailələri, müharibə iştirakçıları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, icra nümayəndəliklərinin, bələdiyyələrin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ulu Öndərin abidəsi önünə gül dəstələri düzülüb, Heydər Əliyevə sevgi və ehtiram nümayiş etdirilib. Heydər Əliyev Parkının qarşısında quraşdırılan monitorda Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib, həzin musiqilər səsləndirilib, şeirlər oxunub. Tədbir Heydər Əliyev Parkında gəzinti ilə davam edib.

Ulu Öndərin anadan olmasının 99-cu ildönümü rayonun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlərlə qeyd olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.