Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

GƏNCLƏR VƏ İDMAN NAZİRİ AZAD RƏHİMOVUN ÇIXIŞI

Gənclər və İdman naziri AZAD RƏHİMOV gənclər və idman siyasətindən danışdı. Qeyd etdi ki, gəncliyə dair Dövlət Proqramı uğurla icra olunur. İstedadlı gənclərə dövlət qayğısı daha da artırılıb, gənclərin məşğulluğunun təmin edilməsi istiqamətində tədbirlər həyata keçirilibdir. 15 şəhər və rayonda gənclərin vətənpərvərlik klubları yaradılıb, “Elektron gənclik” layihəsi hazırlanıbdır. İdmanın inkişafı sahəsində də tədbirlər görülüb, bu sahənin maddi-texniki bazası möhkəmləndirilib, Olimpiya İdman komplekslərinin, müxtəlif idman obyektlərinin tikintisi davam etdirilib.   

 Azərbaycan gəncləri iqtisadi yüksəliş nümayiş etdirən bir cəmiyyətdə yaşayırlar. Bu günün reallıqları tələb edir ki, gənclərimiz öz bacarığı, intellekti, sağlam həyat tərzi ilə seçilsinlər, dövlət idarəetməsində, o cümlədən gənclər siyasətinin həyata keçirilməsində daha fəal iştirak etsinlər. Onları dövlətin aparıcı qüvvəsinə çevirmək, sosial-iqtisadi problemlərin həllində iştirakını təmin etmək məqsədi ilə ölkəmizin  Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan gəncliyi Dövlət Proqramı” müvəffəqiyyətlə həyata keçirilir.

 2007-ci ilin ilk ayları gənclərimiz üçün əlamətdar olmuşdur. Yanvar ayının sonlarından başlayaraq respublikamızda ümummilli lider Heydər Əliyevin 1997-ci il 1 fevral tarixli Sərəncamı ilə təsis edilmiş 2 fevral -  Azərbaycan Gəncləri gününün 10-cu ildönümü münasibətilə keçirilən silsilə tədbirlər kütləvi informasiya vasitələrinin və geniş ictimaiyyətin diqqət mərkəzində olmuşdur. Tədbirlərin ən önəmlisi isə cənab Prezidentin 2007-ci il fevralın 2-də Gənclər günü münasibətilə istedadlı yaradıcı gənclər və gənclər təşkilatlarının fəal nümayəndələri ilə görüşü olmuşdur. Görüşdə ölkəmizin başçısı gənclərlə bağlı aparılan siyasətə, görülmüş işlərə qiymət vermiş, müasir dövrdə dövlət və gənclər qarşısında duran perspektiv vəzifələri müəyyən etmişdir.

 Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin gücləndirilməsi, istedadlı gənclərə dövlət qayğısının artırılması, gənc ailələrin inkişafına yönəlmiş layihələrin həyata keçirilməsi, eyni zamanda, gənclərin məşğulluğunun təmin edilməsi, gənclər üçün sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması qarşımızda duran əsas vəzifələrdən olmuşdur. Yaşadığımız dövr elmin, texnikanın və yeni texnologiyanın misli görünməmiş inkişafı ilə fərqlənir.        

 Cənab Prezident, Siz hələ 2003-cü ildə Cenevrədə informasiya cəmiyyəti üzrə sammitdə qeyd etmisiniz ki, informasiya cəmiyyəti, informasiya idarəçiliyi, xüsusilə gənc nəsil üçün çox əhəmiyyətlidir. Çünki gənclər yeni informasiya cəmiyyətini yaradan nəsildir. Sizin müəyyən etdiyiniz bu qlobal vəzifələri icra etmək məqsədi ilə Gənclər və İdman Nazirliyi “Elektron gənclik” layihəsini hazırlamışdır. Bununla yanaşı, Azərbaycan  həqiqətlərinin dünya miqyasında təbliğ olunması istiqamətində bir sıra layihələr həyata keçirmişdir. Bu sisilədən  azərbaycanlıların soyqırımı ilə bağlı keçirilən konfransı və internet aksiyasını qeyd etmək istərdim. Aksiya çərçivəsində gənclər tərəfindən dünyanın aparıcı dövlətlərinin parlament üzvlərinə, kütləvi informasiya vasitələrinə, beynəlxalq siyasi təşkilatlara, ümumiyyətlə 20 min elektron ünvana azərbaycanlılara qarşı törədilmiş soyqırımı həqiqətlərini əks etdirən məlumatlar göndərilmişdir.

 Cənab Prezident, Sizin güzəştli ipoteka kreditlərinin verilməsi qaydaları haqqında 2007-ci il 23 yanvar tarixli Fərmanınız ölkəmizdə gənc ailələrə, hərbi qulluqçulara, gənc alimlərə və idmançılara dövlət qayğısının əyani sübutudur. Hazırda nazirliyin əməkdaşları İpoteka Fondunun nümayəndələri ilə birlikdə əhali arasında ipotekanın sosial mahiyyətinin geniş təbliğ olunması işini həyata keçirirlər. Nazirlik tərəfindən müvafiq məlumat kitabçaları hazırlanmış və yerlərdə paylanmışdır.

Yaradıcı və istedadlı gənclər aşkar olunaraq onların inkişafı üçün şərait yaradılması dövlət gənclər siyasətinin əsas prioritetlərindən biridir. Sizin, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almaları üçün Dövlət Proqramının hazırlanmasına dair Sərəncamınız gənclər tərəfindən yüksək qiymətləndirilmişdir. Nazirlik bu proqramın hazırlanmasında digər qurumlarla birgə yaxından iştirak edir.

Son illər ölkəmiz müxtəlif nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmişdir. Bunu respublikada aparılan daxili və xarici dövlət siyasətinin uğurları kimi qeyd etmək lazımdır. Bu, digər sahələrdə olduğu kimi, gənclər siyasəti sayəsində də özünü göstərməkdədir. Cari il aprel ayının 27-28-də Bakı şəhərində Avropa Gənclər Forumuna üzv təşkilatlar şurasının növbəti iclası keçiriləcəkdir. Qeyd etmək lazımdır ki, Avropa Gənclər Forumu Avropanın ən böyük vahid gənclər təşkilatıdır. 45 ölkənin və 90-na yaxın nüfuzlu beynəlxalq təşkilatın nümayəndələrinin Azərbaycanda keçiriləcək tədbirdə iştirakı ölkəmizin dünya miqyasında rolunu və nüfuzunu bir daha təsdiq edir.

 Möhtərəm cənab Prezident, Azərbaycan dövləti müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyev bədən tərbiyəsi və idmanın inkişafına böyük diqqət və qayğı göstərmişdir. Dövlət bədən tərbiyəsi və idman hərəkatına başlıca prioritetlərdən biri kimi status vermişdi. Bu məqsədlə, ilk növbədə, idmanın maddi-texniki bazasının yaradılması və möhkəmləndirilməsi çox böyük əhəmiyyət daşıyır. Sizin rəhbərliyinizlə bu sahədə işlər yüksək sürətlə davam etdirilir. Belə ki, 2007-ci ilin birinci rübündə Masallı rayonunda yeni Olimpiya İdman Kompleksi istifadəyə verilmişdir. Oğuz, Ağdaş, Biləsuvar, Şəmkir rayonlarında və Bakının Hövsan qəsəbəsində inşa edilən idman komplekslərinin təməli qoyulmuşdur. Hazırda Kürdəmir, Sabirabad, İsmayıllı, Göyçay, Cəlilabad, Astara rayonlarında və Sumqayıt şəhərində idman komplekslərinin, Əli Bayramlı şəhərində mini futbol meydançasının, habelə Bakı şəhəri qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramı üzrə Şağan qəsəbəsində idman kompleksinin, Pirallahı, Binə, Müşfiqabad, Balaxanı, Nardaran qəsəbələrində idman zallarının və Zirə qəsəbəsində mini futbol meydançasının tikintisi davam etdirilir.

Bundan əlavə, Respublika Olimpiya Mərkəzi əsaslı təmir olunur, Heydər Əliyev adına İdman-Konsert Kompleksində geniş yenidənqurma və  bərpa işləri aparılır. Hazırda Olimpiya İdman Liseyinin, Yevlax şəhərində uşaq-gənclər idman məktəbinin, Lerik və Kürdəmir rayon stadionlarının, Əli Bayramlı şəhərində boks zalının, Biləcəri qəsəbəsində Lokomotiv İdman Sağlamlıq Kompleksinin, Əhmədli qəsəbəsində idman məktəbinin, Buzovna qəsəbəsində “Gənclik” stadionunun təmirinə başlanılmışdır. Eyni zamanda, Balakən, İmişli, Daşkəsən, Tovuz, Qax, Qəbələ rayonlarında idman komplekslərinin tikintisi, 3500 yerlik Şəki şəhər stadionunun bərpası, Mingəçevir şəhərində Kür Olimpiya Tədris İdman Mərkəzinin yenidən qurulması, Bakı şəhərində Gimnastika Kompleksinin tikintisi ilə bağlı layihə-smeta sənədləri “Layihəsmeta” İnstitutu tərəfindən hazırlanır. Hamımıza məlumdur ki, bütün bu işlər böyük maliyyə vəsaiti tələb edir və möhtərəm Prezident, Sizin rəhbərliyinizlə ölkədə aparılan iqtisadi siyasət bizə bu işlərin yüksək səviyyədə həyata keçirilməsinə imkan yaradır.

Ümummilli liderimiz tərəfindən təməli qoyulan və Sizin uğurla davam etdirdiyiniz bu siyasət öz sanballı bəhrələrini verir. Sizin sözlərinizlə desək, idmana qoyulan vəsait insanların sağlamlığına qoyulan vəsaitdir. Təsadüfi deyil ki, ölkəmizdə idmanın dinamik inkişafı nəzərə alınaraq, 2016-cı ildə Yay Olimpiya Oyunlarının Bakıda keçirilməsi təklif edilmişdir. Məlumat üçün bildirməliyəm ki, ilkin müraciət sənədləri artıq Beynəlxalq Olimpiya Komitəsi tərəfindən baxılmaq üçün qəbul olunubdur və cavab göndərilibdir.

Möhtərəm cənab Prezident, bir daha qeyd etmək istərdim ki, hesabat dövründə respublikamızda ən əlamətdar hadisədən biri Sizin tərəfinizdən 2007-ci ilin Gənclər ili elan edilməsidir. Bu, əslində gənclər hərakatına olan inamın təntənəsidir. Ölkəmizdə bədən tərbiyəsi və idmana göstərdiyiniz diqqət və qayğıya görə, Sizə ölkə gəncləri və idmançıları adından dərin minnətdarlığımızı bildirir və Sizi əmin edirik ki, qarşımızda duran vəzifələri və bəslənilən ümidləri şərəflə doğruldacağıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tanınmış mütəxəssisin Azərbaycan millisinə baş məşqçi təyin olunacağı ilə bağlı xəbərlərə aydınlıq gəlib

Cari ilin birinci rübdə AÇG üzrə əsaslı məsrəflərə 347 milyon dollar xərclənilib

Dendrologiya İnstitutu İtaliyadan yeni toxum növləri əldə edib

ABA: Türk bank icmalarının birgə fəaliyyəti ölkələr arasındakı iqtisadi bağların güclənməsinə imkan yaradacaq

Universitetdə tədbir: “Heydər Əliyev şəkillərdə”

Ankarada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Bu ayın sonunadək Şuşa şəhərindəki “ASAN xidmət” mərkəzi hazır olacaq

RF Dövlət Duması Mixail Mişustinin hökumətin sədri vəzifəsinə namizədliyini müzakirə edir

Ermənistan müxalifəti baş nazir postuna namizədini müəyyənləşdirməyib

“PAŞA Holding” şirkətlərinin dayanıqlılıq strategiyası üzərində iş aparılır

BMT-nin vətəndaş cəmiyyəti üzrə 69-cu konfransı keçirilir

Tələbə gənclər Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini silsilə tədbirlərlə anıblar

Toğrul Əsgərov: Azərbaycan dünya idman tarixinə öz imzasını atmağı bacarıb

Ümummilli Lider Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti

Cənubi Sudandan olan 1,3 milyon qaçqın geri qayıdıb

Kursantlar Ulu Öndərin ölməzliyini tərənnüm etdirən fləşmob hazırlayıblar VİDEO

Yelkənçilərin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub

“AzerGold”un yeni qızıl sikkəsi Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunub

Niderland şirkəti Azərbaycan startapını alıb

Netanyahu Baydenlə fikir ayrılığının aradan qalxacağına ümid edir

Çin Macarıstanda dəmir yolu layihələrinə sərmayə qoyacaq

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Astarada tibbi aksiya təşkil edib

Naxçıvanda Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə yürüş təşkil olunub

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib VİDEO

BMT: COP29-la bağlı Azərbaycana dəstək vermək və əlimizdən gələni əsirgəməmək öhdəliyimizdir

DİA-da “İqlim dəyişikliyinə uyğunlaşma üzrə” təlimlərə başlanılıb

Qurban Yetirmişli: Cəbrayılda seysmik stansiyanın quraşdırılması üçün sənədləşdirmə işləri aparılır VİDEO

Komitə sədri: Ailədə şiddətin qarşısını almaq üçün maarifləndirmə də lazımdır VİDEO

Azərbaycan Premyer Liqası: Mərkəzi oyun FIFA referisinə tapşırılıb

Nazir müavini: Azərbaycan COP29-a yalnız ev sahibliyi etməyəcək, eyni zamanda, danışıqlara da rəhbərlik edəcək

“Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi” layihəsinin icrasına başlanılıb

Tahir Budaqov: YAP parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçirməkdədir VİDEO

Mayın 11-12-də geomaqnit qasırğası gözlənilir

Azərbaycanın qadın güləşçiləri lisenziya turnirində mübarizəyə başlayırlar

YAP-ın nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Mərakeş sahillərində 38 miqrant xilas edilib

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar

BDU-nun tələbə və məzunu İsveçin dövlət təqaüdünə layiq görülüb

Delakruanın məşhur rəsm əsəri yenidən Luvr muzeyində sərgilənir

Dörd yüzdən çox namizəd dövlət qulluğu üzrə imtahan verəcək

Yaz ətirli poeziya

Milli Kitabxanada “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” adlı ənənəvi kitab sərgisi açılıb

Azərbaycan neftinin qiyməti cüzi artıb

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin II cəhdində iştirak etmək üçün qeydiyyat başlanır

Azərbaycan Basketbol Liqası: Son çempion finala çıxa bilər

® “Dayanıqlı Tikinti Zirvəsi”nin gündəliyi yayımlandı

Xalqımız Ulu Öndər Heydər Əliyevin parlaq xatirəsini böyük ehtiramla anır VİDEO

Premyer Liqa: Tura tarixi derbi ilə start veriləcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər VİDEO

Polis əməkdaşları 82 kiloqrama yaxın narkotik vasitə aşkarlayıb

DİN: Ötən gün ölkə ərazisində 87 cinayətin üstü açılıb

Paytaxtda bəzi ərazilərdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar paylaşım edib

Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb

Qobustanda narkotiklərlə əlaqəli iki nəfər saxlanılıb

Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Baş nazir: Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına üzv olacaq

Azərbaycanın mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb

Azərbaycanın qazandığı bütün uğurların memarı Ulu Öndər Heydər Əliyevdir ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda klassik musiqi konserti təşkil edilib

Səudiyyə Ərəbistanının vəliəhdi Yaponiyaya səfər edəcək

Netanyahu: HƏMAS-ın 24 batalyonundan 20-si məhv edilib

Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir

Azərbaycan-Bolqarıstan əlaqələri qarşılıqlı maraqlar əsasında uğurla inkişaf edir ŞƏRH

Professor Bilgiç: Heydər Əliyevin Türkiyə təbabətinə inamı mənim qürur mənbəyimdir

ADA və Bolonya universitetlərinin birgə proqramı bağçılıq sahəsində multidisiplinar yanaşmanı ehtiva edir

İsveçdə Ulu Öndərin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib

Ulu Öndərin uzaqgörən siyasəti sivil birgəyaşayış qanunlarını həyatımıza gətirdi

Manuela Traldi: ADA və Bolonya universitetlərinin birgə proqramı kənd təsərrüfatında yeni yanaşmanı əhatə edir

Sorğu: Fransızların Avropa İttifaqına etibarı azalır

Vyanada alman nasizmi üzərində Qələbənin 79-cu ildönümü qeyd edilib

Respublikaçılar Baydeni İsrailə dəstəklə bağlı vədini pozmaqda günahlandırıblar

İqor Korotçenko: Sülh müqaviləsi Azərbaycan Prezidentinin irəli sürdüyü şərtlərlə bağlanacaq

Pentaqon ABŞ-ın İsrailə hava bombası tədarükünü dayandırdığını təsdiqləyib

Konfrans Liqasında ikinci finalçı müəyyənləşib

Avropa Liqasında finalçılar məlum olub

Dövlət Departamenti ABŞ-ın Ukraynaya yeni silah tədarükünü açıqlayıb

Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Moskvadakı sərgidə faşizm üzərində Qələbədə Azərbaycanın roluna həsr olunmuş tədbirlər keçirilib

İsveçrədə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsi anılıb

"Paris-2024"ə lisenziya əldə edən Azərbaycan güləşçisi: Qələbə qazanmaq heç də asan olmadı

Neftçalada yol qəzası olub, xəsarət alanlar var

Azərbaycan güləşçisi: Uğurumu “Paris-2024”də davam etdirmək istəyirəm

Ankarada “Heydər Əliyev və Türk dünyası” adlı anım proqramı təşkil olunub

“Scandinavian Airlines” aviaşirkətinin təyyarəsi Bakıya təcili eniş edib

Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya əldə edib YENİLƏNİB-2

Fransa dənizaşırı departamenti Mayotda vəba xəstəliyi yayılıb

Azərbaycanın kişi boksçuları lisenziya turnirinə Tailandda hazırlaşacaqlar

Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib

Olimpiadaya vəsiqə qazanan Azərbaycan güləşçisi: “Paris-2024”dəki hədəfim qızıl medaldır

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

Yasamalda yol qəzası olub, “Qələbə” dairəsi istiqamətində sıxlıq yaranıb

Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar inzibati məsuliyyətə cəlb olunub

Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət daha 90 gün uzadılıb

Naxçıvan şəhərində yaşayış evlərinə qrunt suları yığılıb

Göyçə mahalındakı Ağbulaq kənd məktəbinin 100 illik yubileyi qeyd olunub

Naxçıvanda Heydər Əliyev adına tam orta məktəbin fəaliyyətə başlamasının 20 illiyi qeyd edilib

İkinci Dünya müharibəsində Belçikada həlak olmuş həmvətənlərimizin xatirəsi yad edilib