İDMAN
“GRENKE Chess Classic 2019”: Yeddinci turda Arkadi Naydiç Fabiano Karuana ilə qarşılaşacaq
Bakı, 27 aprel, AZƏRTAC
Aprelin 27-də Almaniyada “GRENKE Chess Classic 2019” superturnirinin yeddinci turunun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçısı Arkadi Naydiç yeddinci turda amerikalı Fabiano Karuana ilə qarşılaşacaq.
Ötən turda Azərbaycan şahmatçısı Arkadi Naydiç hindistanlı keçmiş dünya çempionu Vişvanatan Anandı məğlub edərək xalların sayını 3,5-ə çatdırıb. Turun digər oyunlarında almaniyalı Qeorq Mayer norveçli dünya çempionu Maqnus Karlsenə məğlub olub. Rusiyalı Pyotr Svidler fransalı Maksim Vaşe-Laqrav, ispaniyalı Fransisko Valexo amerikalı Fabiano Karuana, Almaniyanın digər təmsilçisi Vinsent Keymer ermənistanlı Levon Aronyan ilə heç-heçə ediblər.
Altı turun nəticəsinə görə M.Karlsen 4,5 xalla turnir cədvəlinin vahid lideridir. M.Vaşe-Laqrav, F.Karuana, P.Svidler, L.Aronyan 3,5, F.Valexo, V.Keymer 1,5, Q.Mayer 1 xal toplayıblar.