ELM VƏ TƏHSİL


Gənc Alim və Tədqiqatçıların 6-cı qrant müsabiqəsi elan olunub

Bakı, 13 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu Gənc alim və tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılması və onlara elmi-tədqiqat aparmaq üçün əlverişli imkanların yaradılması, gənc kadr potensialının gücləndirilməsi üçün proqramların işlənib hazırlanması, onların elmi və peşəkarlıq səviyyələrinin yüksəldilməsi, innovasiya fəaliyyətinin dəstəklənməsi, regional və beynəlxalq səviyyəli proqram və layihələrdə iştirak etməyə cəlb edilməsi məqsədilə 2021-ci ildə Gənc Alim və Tədqiqatçıların 6-cı qrant müsabiqəsini elan edib.

Elmin İnkişafı Fondunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müsabiqə üzrə iştirakçıların qeydiyyatı və layihə təkliflərinin qəbulu iyulun 12-dən etibarən, elektron qaydada “e-QRANT” - “Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” rəsmi internet səhifəsində (http://e-grant.sdf.gov.az/) avqustun 30-na qədər saat 17:00-dək həyata keçiriləcək. Bu sistem elektron-hökumət prinsipləri əsasında qurulub və “ASAN imza”dan istifadəni də nəzərdə tutur. “Asan imza”nı həm layihə rəhbəri, həm də layihədə iştirakı nəzərdə tutulmuş bütün iştirakçılar əldə etməli, bu şəxslərin hamısı qeydiyyatdan keçməli və “virtual şəxsi kabinet”lərini formalaşdırmalıdırlar.

Layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə onlayn məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub. Bu barədə əlavə məlumat Fondun internet səhifəsində (http://sdf.gov.az/az) yerləşdiriləcək. Müsabiqəyə təqdim olunduğu gündən etibarən, layihələrə baxılacaq və nəticələri barədə müsabiqə iştirakçılarına elektron qaydada məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.