MƏDƏNİYYƏT


Gənc Tamaşaçılar Teatrında “Bremen musiqiçiləri”nin məşqləri gedir

Bakı, 5 oktyabr, AZƏRTAC

Gənc Tamaşaçılar Teatrında Y.Etin və V.Livanovun “Bremen musiqiçiləri” (tərcümə - Nicat Kazımov) pyesi əsasında eyniadlı tamaşanın məşqləri gedir. “Bremen musiqiçiləri” iki gəncin saf sevgisindən bəhs edən həzin bir nağıldır.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, uşaqlar üçün nəzərdə tutulmuş tamaşa böyüklərin də marağına səbəb olacaq. Səhnə əsərinin quruluşçu rejissoru Nicat Kazımov bu məqamı belə şərh edib: “Rəhbərlik bu əsərə quruluş verməyimi təklif edəndə çox böyük məmnuniyyətlə qarşıladım. Çünki bizim uşaqlığımıza aid olan bu cizgi filmi həqiqətən saf duyğular, isti hisslər oyadır. Bu gün uşaqlar üçün çəkilən cizgi filmlərində daha çox hadisə, hərəkət üstünlük təşkil edir. Amma biz daim çalışırıq ki, qurduğumuz tamaşalar balacaların duyğularını da tərbiyə etsin, onlarda pozitiv ovqat yaratsın. Hətta tamaşaçılarımız istifadə olunan musiqilərin də necə həssaslıqla seçildiyini müşahidə edəcəklər. İstəyirik ki, dinamika, oyun və əlbəttə xoşbəxt sonluq hər kəsdə xoş hisslər oyatsın. Həmçinin onu da qeyd etməliyəm ki, tamaşanın uşaqlarla bərabər böyüklər üçün də maraqlı olmasına çalışırıq”.

Tamaşanın quruluşçu rəssamı Telman Şıxıyev, musiqi tərtibatçısı İradə Muradova, rejissorları Gülnar Hacıyeva və Müşfiq Əliyev, rejissor assistenti Günay Qasımovadır.

Tamaşada rolları Anar Seyfullayev, Aygün Fətullayeva, Elşən Şıxəliyev, Bəhram Həsənov, Xaliq Bəkirov, Eyvaz İbrahimov, Araz Primov, Müşfiq Əliyev, Tahir İsmayılov, Yusif Dadaşov, Nuranə Hüseynova, Könül Əbilova, Gülbəniz Mustafayeva, Elgün Yəhyayev, Anar Səfiyev, Ramil Məmmədov, Aydın Dəmirov, Tahir İsmayılov, Yusif Dadaşov, Nuranə Hüseynova, Könül Əbilova və Gülbəniz Mustafayeva ifa edəcəklər.

Qeyd edək ki, tamaşanın premyerası dekabr ayına nəzərdə tutulub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.