MƏDƏNİYYƏT


Gənc Tamaşaçılar Teatrında həftəsonu beş tamaşa nümayiş olunacaq

Bakı, 23 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftəsonu üçün beş səhnə əsəri hazırlayıb.

AZƏRTAC xəbər verir ki, səhnə əsərləri klassik və çağdaş əsərlər əsasında hazırlanıb. Belə ki, tamaşaçılar aprelin 19-da “Dəlinin qeydləri”, aprelin 20-də isə “Şirinlər” və “Dəlixanada qətl” tamaşalarına baxa biləcəklər. Aprelin 26-da sənət ocağının kiçik səhnəsində “Cəza”, 27-də isə “Şahzadə Xəzərin nağılı” və “Mən gəldim qızlar” tamaşaları göstəriləcək. Bundan başqa, aprelin 28-də “Tıq-tıq” xanım” və “Pəri cadu” tamaşaları nümayiş ediləcək.

Qeyd edək ki, ötən həftəsonu sənət ocağı beş səhnə əsəri ilə çıxış etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.