Gəncə və Xaçmaz şəhərlərində növbəti əmək yarmarkası keçirilib
AzerTAg.az
Bakı, 23 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün növbəti əmək yarmarkaları təşkil edilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, Quba-Xaçmaz Regional Məşğulluq filialı tərəfindən təşkil edilən aktiv məşğulluq tədbirində 41 müəssisə tərəfindən 1300-dən artıq vakansiya təqdim edilib.
Gəncə-Daşkəsən Regional Məşğulluq filialının dəstəyi, Azərbaycan Texnologiya Universitetinin birgə tərəfdaşlığı ilə Gəncə şəhərində keçirilən əmək yarmarkasında isə 20 müəssisə iştirak edib və 100-dən artıq vakansiya təqdim edilib.
Vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar. Yarmarkada işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq tədbirləri barədə məlumat verilib, müraciət etmək istəyən şəxslərlə ilkin sorğular həyata keçirilib. Yeni peşəyə yiyələnmək istəyən şəxslərə isə Peşə Hazırlığı Mərkəzlərində tədrisi həyata keçirilən kurslar təqdim edilib.






Xəbərin mətnində orfoqrafik səhv var