Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Gəncədə İkinci Azərbaycan Elm Festivalına yekun vurulub [YENİLƏNİB] VİDEO

Gəncə, 5 noyabr, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü ilə keçirilən və respublikanın elmi ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanan İkinci Azərbaycan Elm Festivalı noyabrın 5-də Avropanın Gənclər Paytaxtı Gəncə şəhərində bir sıra tədbirlərdən sonra işinə yekun vurub.

AZƏRTAC xəbər verir ki, festival iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Sonra Miniatür Kitab Muzeyinin Gəncə filialı, eləcə də “Qədim və müasir elm, mədəniyyət mərkəzi Gəncə” adlı sərgi ilə tanışlıq olub. Məlumat verilib ki, sərgidə Gəncənin çoxəsrlik tarixini, zəngin maddi-mədəniyyətini, həmçinin şəhərin müasir elmi potensialını əks etdirən guşələr nümayiş etdirilir. Sərgidə ötən əsrin 70-ci illərindən başlayaraq ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı nəticəsində Gəncədə elmin müxtəlif sahələri üzrə qazanılan uğurlardan bəhs edən tarixi-sənədli film göstərilib.

Festival Gəncə Şəhər İcra Hakimiyyətinin böyük iclas zalında davam etdirilib. Tədbirdə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək ikinci dəfə keçirilən Elm Festivalının ölkəmizdə elm sahəsində qazanılan uğurların təbliği baxımından mühüm rol oynadığını diqqətə çatdırıb.

Bildirilib ki, elmin inkişafı ölkənin sosial-iqtisadi və mədəni inkişafı ilə sıx bağlıdır. Bu gün sosial-iqtisadi inkişafın yeni mərhələsində respublikanın intellektual gələcəyini təmin etməyin yolu elmin inkişafından asılıdır. Azərbaycanda elmin inkişafı dövlətin daim diqqət mərkəzindədir. Dövlət müstəqilliyinin bərpasından sonra bu sahəyə göstərilən diqqət və qayğı elmin inkişafında müsbət nəticələr əldə etməyə imkan verib. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan elm və təhsil siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Qədim tarixə və zəngin mədəniyyətə malik olan Gəncənin Azərbaycan elminin, mədəniyyətinin formalaşmasında mühüm rol oynadığını, tarixən bu şəhərin elm, təhsil və mədəniyyət mərkəzlərindən biri olduğunu vurğulayan Elmar Vəliyev Elm Festivalının növbəti mərhələsinin Gəncədə keçirilməsinin şəhərin elmi-ictimai həyatında əlamətdar hadisə olduğunu bildirib.

Qeyd edilib ki, bu gün Gəncədə fəaliyyət göstərən AMEA-nın Gəncə Bölməsi şəhərin və ətraf rayonların iqtisadi potensialının elmi əsaslarla araşdırılmasında mühüm rol oynayır.

Gəncənin həm də 2016-cı ildə Avropanın Gənclər Paytaxtı olduğunu vurğulayan Elmar Vəliyev, hər il olduğu kimi, bu il də şəhərdə keçirilən müxtəlif festivalların xalqımıza xas zəngin tarixi-mədəni irsin təbliğində önəmini diqqətə çatdırıb.

Sonra festivalda AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, Milli Məclisin deputatı Əhliman Əmiraslanov çıxış edərək bildirib ki, elm festivalının keçirilməsində məqsəd ölkədə elmin təbliğ edilməsi, elmi tədqiqatlarla təhsilin inteqrasiyasını təmin etmək, eləcə də aparılan elmi araşdırmaların təcrübəyə tətbiqinə nail olmaqdır.

Akademik Əhliman Əmiraslanov tibb sahəsində qazanılan nailiyyətlərdən bəhs edərək deyib ki, bütün dövrlərdə tibb elminin qarşısında duran əsas məsələ keyfiyyətli tibbi yardım göstərmək və insanların sağlam yaşayışını təmin etmək olub. Hazırda tibb elminin sürətli inkişafı ilə insanların da orta ömür müddəti uzanıb. Bir sıra xəstəliklərin müalicəsində böyük uğurlar qazanılıb. Keçmişdə insanların kütləvi tələfatına səbəb olan taun, vəba, çiçək və digər yoluxucu epidemiyaların qarşısının alınmasında böyük nailiyyətlər əldə olunub. Məhz, tibb sahəsində aparılan uğurlu tədqiqatlar nəticəsində peyvəndlər yaradılıb ki, bunlar da insanlar arasında kütləvi ölüm hallarının qarşısının alınmasında əsaslı dönüş yaradıb.

Yaxın gələcəkdə tibb elminin qarşısında duran əsas istiqamətlər haqqında məlumat verən akademik Əhliman Əmiraslanov son dövrlərin tibbi nailiyyətləri olan müxtəlif orqanların transplantasiyasından, onkologiya sahəsində qazanılan uğurlardan danışıb.

Festival iştirakçılarına molekulyar biologiyanın, biotexnologiyaların tətbiqi və bu sahədə əldə olunan nəticələr barədə də məlumat verilib.

AMEA-nın vitse-prezidenti İbrahim Quliyev çıxışında Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü ilə keçirilən festivalın elm və cəmiyyət arasındakı dialoqun qurulmasına xidmət etdiyini söyləyib. O, İkinci Elm Festivalının Gəncə şəhərində keçirilməsinin əlamətdar hadisə olduğunu və Gəncə elminin inkişafına böyük töhfə verəcəyini bildirib.

Çıxışında XII əsrin dahi mütəfəkkiri, filosof-şair Nizami Gəncəvinin humanizm fəlsəfəsini təhlil edən AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi Teymur Kərimli şairin əsərlərində elmin təbliğinə geniş yer verdiyini vurğulayıb.

AMEA-nın müxbir üzvü, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli fövqəladə hallarla bağlı, xüsusən də zəlzələlərin baş verəcəyi haqqında məlumatların əhali arasında çaşqınlıq və təşvişlə qəbul edilməməsi üçün seysmik zonada yaşayan insanlar arasında maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyindən danışıb.

Akademiyanın Fizika İnstitutunun direktoru Nazim Məmmədov isə Gəncədə müxtəlif elm və təhsil mərkəzlərində fəaliyyət göstərən gənc alimləri əməkdaşlığa dəvət edib.

AMEA-nın Gəncə Bölməsinin akademik-katibi Fuad Əliyev çıxış edərək Elmin İnkişafı üzrə Milli Strategiyada əksini tapan elmi-texniki potensialın qorunub saxlanılması, elm və təhsil sahəsində yüksəkixtisaslı kadrların hazırlanması prosesinin elmi-tədqiqat müəssisələrinin üzərinə böyük məsuliyyət qoyduğunu söyləyib.

Ümumrusiya Elm Festivalının direktoru Leonid Qusev müasir dövrdə elm sahəsində gənc kadrların hazırlanmasının, onların düzgün istiqamətləndirilməsi və dəstəklənməsinin vacib olduğunu qeyd edib. O, alim və mütəxəssisləri bu prosesdə fəal iştirak etməyə çağırıb.

Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsində, Azərbaycan Dövlət Aqrar Universitetində və Gəncə Dövlət Universitetində elmi-populyar mühazirələr dinlənilib, həmçinin muzeylərə, elmi laboratoriyalara və emalatxanalara ekskursiyalar təşkil olunub.

Tədbirin bədii hissəsində Gəncə Dövlət Filarmoniyasının “Göy-göl” Dövlət Mahnı və Rəqs ansamblının üzvləri və ABŞ-ın “Acidic Band” musiqi qrupu festival iştirakçıları qarşısında maraqlı konsert proqramı ilə çıxış ediblər.

Beləliklə, İkinci Azərbaycan Elm Festivalı noyabrın 5-də Gəncə şəhərində işinə yekun vurub.

Gəncədə İkinci Azərbaycan Elm Festivalına yekun vurulub [YENİLƏNİB] VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir