Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Gəncədə gənc alim və mütəxəssislərin beynəlxalq forumu keçirilir VİDEO

Gəncə, 10 oktyabr, Rauf Hacıyev, AZƏRTAC

Oktyabrın 10-da Gəncə Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə “Gəncə Avropa Gənclər Paytaxtı 2016” layihəsinə həsr olunan “XXI əsrdə dünya elminin inteqrasiya prosesləri” mövzusunda gənc alim və mütəxəssislərin dörd günlük beynəlxalq forumu işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə AMEA-nın gənc alimləri, mütəxəssislər, bir sıra institutların və ali məktəblərin doktorantları, dissertantlar, həmçinin 14 ölkədən alim və tədqiqatçılar iştirak edir.

Əvvəlcə beynəlxalq forumun iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Sonra Dövlət Himni səsləndirilib, “Gəncə Avropa Gənclər Paytaxtı 2016” layihəsindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri açan Gəncə Şəhər İcra Hakimiyyətinin humanitar məsələlər üzrə müavini Sevda Qurbanəliyeva bildirib ki, Prezident İlham Əliyevin Gəncə şəhərinə diqqət və qayğısı sayəsində şəhər son illərdə qədimliyini saxlamaqla gündən-günə müasirləşir, inkişaf edir. 2016-cı ildə Avropanın Gənclər Paytaxtı seçilən Gəncə gələn il üçün MDB Ölkələrinin Mədəniyyət Paytaxtı tituluna layiq görülüb. Qeyd olunub ki, 2016-cı ildə olduğu kimi, gələn ildə də Gəncədə bir sıra yerli və beynəlxalq əhəmiyyətli layihələr reallaşdırılacaq, şəhərin həyatı bu cür elmi, sosial-mədəni tədbirlərlə zəngin olacaq.

Sevda Qurbanəliyeva qloballaşan dünyada elm sahəsində çalışan insanların birgə əməkdaşlığının vacibliyindən danışıb. Bu cür əməkdaşlığın bir çox problemlərin vaxtında aşkarlanaraq həll edilməsində, xalqlar arasında dostluq münasibətlərinin qurulmasında, eləcə də mədəniyyətlərarası dialoqa töhfə verə biləcəyini deyib.

Belə bir beynəlxalq əhəmiyyətli tədbirin Gəncədə keçirilməsinin şəhərin elmi-mədəni həyatı üçün müsbət əhəmiyyət daşıdığını qeyd edən Sevda Qurbanəliyeva, forumun həm də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından önəmli olduğunu deyib.

Sonra tədbirdə çıxış edən AMEA-nın Yer elmləri bölməsinin akademik katibi Fəxrəddin Qədirov akademiyanın prezidenti Akif Əlizadənin forum iştirakçılarına müraciətini oxuyub.

AMEA-nın Gəncə Bölməsinin akademik-katibi Fuad Əliyev çıxışında bildirib ki, son illərdə Azərbaycanda bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də böyük nailiyyətlər əldə olunub. Akademiyanın bır sıra institutlarında yenidənqurma aparılıb. Elmi müəssisələrdə aparılan tədqiqatlar günün tələblərinə uyğun qurulub. Respublikada son illərdə çoxlu sayda müasir ali təhsil məktəbləri fəaliyyətə başlayıb. İnstitutların dünyanın qocaman elm və təhsil mərkəzləri ilə əməkdaşlığı güclənib.

Bildirilib ki, Gəncə şəhərində fəaliyyət göstərən elmi-təhsil müəssisələrində çalışanların böyük əksəriyyətini gənclər təşkil edir. Hazırda həmin müəssisələrdə 650 fəlsəfə doktoru, 80-ə yaxın elmlər doktoru fəaliyyət göstərir və onlar həm elmin müxtəlif sahələrində tədqiqat, elmi araşdırma işləri aparır, həm də tədris prosesində fəal iştirak edirlər.

Son illərdə həmin gənclərin elmi araşdırmalarının və məqalələrinin dünyanın bir sıra nüfuzlu elmi jurnallarında çap olunduğunu deyən Fuad Əliyev bildirib ki, forum yaxın gələcəkdə həm də həmin müəssisələrdə aparılacaq elmi-tədqiqat işlərinin nəticələrinə müsbət təsir göstərəcək.

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov çıxış edərək deyib ki, beynəlxalq foruma dünyanın 40 ölkəsindən 530 tezislə müraciət olunub. Forumun elmi ekspertləri tərəfindən 14 ölkədən 350-yə yaxın tezis yoxlanılıb və elmi tələblərə cavab verdiyi üçün qəbul edilərək toplu şəklində nəşr olunub.

Famin Salmanov bildirib ki, forumun keçirilməsində iki məqsəd var. Birincisi dünya elminə inteqrasiya ilə bağlı gənclər arasında elmi mühit yaratmaq, ikincisi isə klassik mədəni tarixi və multikultural dəyərləri olan Azərbaycanı və qədim Gəncə şəhərini təbliğ etmək.

Qeyd olunub ki, forum çərçivəsində dünya elminə inteqrasiya prosesində Azərbaycan gənclərinin rolu və Azərbaycanda multikulturalizm ənənələri müzakirə ediləcək, həmçinin Nizami Gəncəvi irsinin dünyaya tanıdılması ilə bağlı iştirakçılara ətraflı məlumat veriləcək.

AMEA-nın Gəncə bölməsinin gənc alim və mütəxəssislər şurasının sədri Elnur Həsənov, Türkiyənin Doqquz Eylül Universitetinin doktorantı Çağlar Özər, Polşanın Yaqielloniya Universitetinin doktorantı Voyçex Vroblevski çıxış edərək forumun işinə uğurlar arzulayıblar.

Konfrans işini bölmə iclaslarında davam etdirib.

Gəncədə gənc alim və mütəxəssislərin beynəlxalq forumu keçirilir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib