İDMAN


Gənclər və İdman naziri Azad Rəhimov xüsusi mükafata layiq görülüb

Bakı, 12 sentyabr, AZƏRTAC

Budapeştdə Avropa Ədalətli Oyunlar Komitəsinin 25-ci konqresi keçirilir.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Beynəlxalq Ədalətli Oyunlar Təşkilatının 25 illiyinə həsr olunan bu tədbirdə Azərbaycan tərəfindən Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və digər şəxslər iştirak edirlər.

Budapeştdəki “City Hall”da keçirilən tədbirdə Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin (BƏOK) prezidenti Jeno Kamuti çıxış edərək tədbir iştirakçılarını salamlayıb, qurumun fəaliyyəti və təqdim olunacaq “Fair Play” mükafatları barədə məlumat verib.

Budapeşt Şəhər Bələdiyyəsi sədrinin müavini Aleksandra Şalay-Bobrovinski, Dövlət katibinin müavini Petr Sarfalvi də tədbir iştirakçılarına salamlarını çatdırıb, ölkələrinin idmana və ədalət prinsiplərinə daim önəm verdiyini bildiriblər.

Musiqili proqramla davam edən tədbirin gedişində ədalətli oyun prinsipləri mövzusunda film nümayiş olunub.

Daha sonra mükafatlar sahiblərinə təqdim olunub. Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin prezidenti Jeno Kamuti tərəfindən “2018-ci il Dünya Ədalətli Oyunlar Mükafatı”nın “Ədalətli oyun ruhunda keçən idman karyerası və həyat” kateqoriyasında mükafatlandırılıb.

Nazir Azad Rəhimov tədbirdəki çıxışında Azərbaycanda idmanın uğurlu inkişafı, dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmanın inkişafına göstərdiyi yüksək diqqət və qayğıdan danışıb, mükafata layiq görüldüyünə görə təşəkkürünü bildirib.

Sonda mükafat sahibləri xatirə şəkilləri çəkdiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.