ELM VƏ TƏHSİL


Genetik Ehtiyatlar İnstitutu: aqronomluq və biologiya ixtisasları üzrə təhsil alan magistrantlar onlayn imtahan veriblər

Bakı, 6 iyul, AZƏRTAC

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda yay imtahan sessiyası onlayn davam edir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, iyulun 6-da aqronomluq və biologiya ixtisasları üzrə təhsil alan birinci kurs magistrantlar “Zoom” proqramı vasitəsilə molekulyar genetika və populyasiya genetikası fənlərindən imtahan veriblər. İmtahan prosesində AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin Magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev də iştirak edib.

Qeyd edək ki, elmi müəssisənin birinci kurs üzrə beş magistrantı bitkilərin mühafizəsi, bitki seleksiyası, insan genetikası və genetika ixtisaslaşması üzrə təhsil alır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.