ELM VƏ TƏHSİL
Genetik Ehtiyatlar İnstitutunda doktoranturaya qəbul imtahanı keçirilib
Bakı, 2 aprel, AZƏRTAC
Genetik Ehtiyatlar İnstitutunda 2020/2021–ci tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə ixtisas (genetika) fənnindən doktoranturaya qəbul imtahanı xüsusi karantin rejiminin tələbləri gözlənilməklə keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, imtahan komissiyasının sədri, elmi müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov genetika fənnindən imtahanın keçirilməsi qaydası haqqında ətraflı məlumat verərək iddiaçılara uğurlar arzulayıb.
İmtahanda doktoranturaya qəbul imtahanları üçün təsdiq edilmiş test sualları təqdim edilib.