İQTİSADİYYAT


“Global Tax News”: Azərbaycanda vergilər üzrə milli qanunvericiliyin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması prioritetdir

“Global Tax News”: Azərbaycanda vergilər üzrə milli qanunvericiliyin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması prioritetdir

London, 10 sentyabr (AZƏRTAC). Britaniyanın “Global Tax News” beynəlxalq vergi saytı Azərbaycanın vergilər üzrə milli qanunvericiliyinin Avropa İttifaqı (Aİ) qanunvericiliyinə uyğunlaşdırılmasından bəhs edib.

Məqalədə Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinovun sözlərinə istinadla qanunvericiliyimizin Avropa İttifaqı qanunlarına uyğunlaşdırılmasının Azərbaycan ixracatının rəqabət qabiliyyətini artıracağı, ölkəmizin Aİ və dünya ilə inteqrasiyasını təşviq edəcəyi bildirilib.

Yazıda, həmçinin Azərbaycan vergi sistemində müasir texnologiyanın tətbiqindən bəhs edilib.

Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq mümkündür:

http://www.tax-news.com/news/Azerbaijan_To_Replicate_EU_Indirect_Tax_Laws____65755.html

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.