CƏMİYYƏT


Gölə çirkab suyu axıdan şəxs barəsində protokol tərtib olunub

Bakı, 5 iyul, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, paytaxtın Sabunçu rayonu ərazisində keçirilmiş növbəti belə tədbir zamanı Biləsuvar rayon sakini E.Əmirovun “QAZ-53” markalı avtomobili ilə rayon ərazisindəki gölə çirkab suları axıtması faktı aşkarlanıb.

İnzibati Xətalar Məcəlləsinin 264-cü (su obyektlərinin mühafizəsi qaydalarının pozulması) maddəsinin tələblərini pozduğuna görə E.Əmirov barəsində protokol tərtib olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.