CƏMİYYƏT


Gömrüyə bəyan edilməyən kondisioner hissələri aşkarlanıb

Bakı, 17 iyul, AZƏRTAC

Gömrük nəzarətinə bəyan edilməyən kondisioner hissələri aşkarlanıb

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Özbəkistan Respublikasından Bakı şəhərinə gələn yükə baxış keçirilib.

Avtomaşınla daxil olan və müvafiq gömrük bəyannaməsi ilə bəyan edilən yükə baxış zamanı, bəyan edilən mallardan əlavə gömrük orqanına bəyan olunmayan 20 ədəd “Shivaki Air Conditioner 18000 BTU/H” markalı kondisionerin hissələri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.