REGİONLAR


Goranboy rayonunda Çindən ölkəmizə gətirilmiş 10 min ədəd tut tingi əkiləcək

Gəncə, 8 dekabr, Rauf Hacıyev, AZƏRTAC

Baramaçılığın yem bazasının yaradılması məqsədilə yaxın günlərdə Çindən ölkəmizə gətirilmiş 1 milyon ədəd tut tingindən 10 mininin Goranboy rayonu ərazisində əkilməsi nəzərdə tutulub.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, tinglərin əkini üçün qəsəbə və kəndlərdə bələdiyyə və xüsusi mülkiyyətə aid torpaq sahələri müəyyənləşdirilib. Artıq bu istiqamətdə işlərə də başlanılıb və qısa müddətdə 3 min ədəd tut tinginin əkilməsi təmin olunub.

Mütəxəssis Allahverdi Seyidov deyib ki, Çindən gətirilən tinglər çox məhsuldar olduğu üçün əkildikdən bir il sonra yarpaqlamağa başlayır və bir ağacın məhsuldarlığı 5 kiloqrama yaxın olur.

Hələ sovet dövründə bölgədə baramaçılığı inkişaf etdirmək üçün Goranboy rayonunun Faxralı kəndində 80 hektar tut bağı salındığını deyən mütəxəssis bildirib ki, hazırda həmin bağın 33 hektarı bərpa olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.