REGİONLAR


Goranboydan axan çaylarda tənzimləmə işləri görülür, təhlükəli ərazilər nəzarətə götürülüb VİDEO

Bakı, 22 iyul, AZƏRTAC

Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Bakı İxtisaslaşdırılmış Elektrik Avadanlıqlarının Təmir-Quraşdırma və Sazlama İdarəsi Goranboy rayonunda meliorativ tədbirlərini davam etdirir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, bu tədbirlər çərçivəsində Goranboy rayonundan axan Goran çayda tənzimləmə işləri aparılır.

Uzun müddətli gələn sel sularının gətirdiyi lil qatı çayın məcrasına dolaraq təhlükə yaradır. Hazırda xüsusi texnikalar vasitəsilə lildən təmizləmə işləri həyata keçirilir. Çayda 400-450 metr məcranın təmizlənməsi və suyun axınının tənzimlənməsi nəzərdə tutulub. Qeyd edək ki, tarixən sel gəlməsi ilə müşahidə olunan Goran çayda belə hadisələrdən biri də 1997-ci ildə baş verib və sel suları magistral yolu yuyub, Yevlax şəhərinə ziyan vurub. Bu günə qədər isə bir daha belə hadisələrin baş verməməsi üçün qabaqlayıcı tədbirlər görülüb.

Bundan başqa idarənin texnikaları vasitəsilə sel suları nəticəsində ətrafda yerləşən əkin sahələrinə təhlükə yarada biləcək Qaraçayda da tənzimləmə işləri həyata keçirilir. Görülən işlərin həcmi Qaraçayda 10 min kubmetr olmaqla 500 metr məsafəni əhatə edir. Bu çaydan keçən sel suları qısa bir müddətdə torpaqları yuyaraq yararsız vəziyyətə salıb. Hazırda isə görülən təxirəsalınmaz işlər nəticəsində çay öz məcrasına qaytarılıb və suyun normal axını təmin olunub.

Qeyd edək ki, hazırda Goranboy rayonundan axan Kürəkçay, Gorançay, İncəçay və Tərtər çayda paralel olaraq çay məcralarının tənzimlənməsi və çaydan keçən suların öz məcrasına qaytarılaraq normal axınının təmin olunması istiqamətində işlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.