Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Görkəmli dövlət xadimi Murtuz Ələsgərovun 90 illik yubileyi münasibətilə beynəlxalq elmi-praktiki konfrans keçirilib YENİLƏNİB VİDEO

Bakı, 2 oktyabr, AZƏRTAC

Oktyabrın 2-də Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Respublikası Milli Məclisinin, Yeni Azərbaycan Partiyasının və BDU-nun birgə təşkilatçılığı ilə görkəmli dövlət xadimi, Əməkdar hüquqşünas, professor Murtuz Ələsgərovun anadan olmasının 90 illik yubileyi münasibətilə “Azərbaycanda hüquq elminin müasir inkişaf istiqamətləri və tendensiyaları” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda Murtuz Ələsgərovun məzarını ziyarət edib, önünə əklil qoyublar.

Konfransdan əvvəl BDU-nun hüquq fakültəsində görkəmli pedaqoqun uzun illər rəhbərlik etdiyi Konstitusiya hüququ kafedrasının qarşısında barelyefinin açılışı olub.

Konfransı açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov görkəmli professorun hüquq elmi sahəsindəki böyük xidmətlərindən bəhs edib. Bildirilib ki, Murtuz Ələsgərovun həyatının böyük bir hissəsi Bakı Dövlət Universiteti ilə bağlı olub. Ona görə də universitetdə Murtuz Ələsgərovun yubileyi ilə bağlı yüksək səviyyəli konfransın keçirilməsinin müstəsna əhəmiyyəti var.

“Belə şəxsiyyətlər xalqımız, millətimiz üçün böyük tapıntıdır. Murtuz Ələsgərov görkəmli ictimai-siyasi xadimlərdən biri idi. O, elm sahəsində, xüsusən hüquq elminin inkişafında çox böyük xidmətlər göstərmiş şəxsiyyətdir. Çoxsaylı qanunvericilik aktlarının işlənib hazırlanmasında, qəbul edilməsində bilavasitə iştirak edib. Eyni zamanda, müəllimlər müəllimi olan Murtuz Ələsgərov maarifçilik tariximizdə dərin izlər qoyub. Onun adı elmimizin, təhsilimizin, dövlətçiliyimizin tarixinə qızıl hərflərlə yazılıb”, - deyə Abel Məhərrəmov vurğulayıb.

Murtuz Ələsgərovun həyatı və fəaliyyəti barədə danışan akademik qeyd edib ki, o, hər zaman öz əqidəsinə sadiqliyi ilə seçilib. Hələ 29 yaşında Bakı Dövlət Universitetinin beynəlxalq hüquq kafedrasını yaradıb və ona rəhbərlik edib. Həmin kafedra bu gün də onun qoyduğu ənənələri davam etdirir və zənginləşdirir.

Akademik bildirib ki, 1993-1996-cı illərdə Bakı Dövlət Universitetinin rektoru olmuş Murtuz Ələsgərov bu təhsil ocağının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində mühüm islahatların əsasını qoyub. Eyni zamanda, həmin dövrdə cərəyan edən mühüm ictimai-siyasi proseslərdə də yaxından iştirak edirdi.

Böyük alim və istedadlı pedaqoq, görkəmli ictimai-siyasi xadim Murtuz Ələsgərovun şərəfli ömür yaşadığını vurğulayan Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, bütün həyat və fəaliyyətini hüquq elminin inkişafına, gənc nəslin təlim-tərbiyəsinə, müstəqil dövlətimizin qurulmasına, möhkəmlənməsinə və inkişafına həsr edən bu böyük insan Azərbaycanın elm və ictimai-siyasi tarixində silinməz izlər qoyub. Azərbaycanda beynəlxalq hüquq nəzəriyyəsinin və məktəbinin yaradıcılarından biri olan Murtuz Ələsgərov beynəlxalq hüquq sahəsində doktorluq dissertasiyası müdafiə etmiş və professor elmi adına layiq görülmüş ilk azərbaycanlı idi. İki yüzdən artıq elmi əsərin müəllifi olan Murtuz müəllim ömrünün 40 ildən çoxunu pedaqoji fəaliyyətə həsr edib. Bu gün bir çox dövlət orqanlarında onun yetirməsi olan yüksək ixtisaslı hüquqşünas kadrlar çalışır.

Parlament sədri qeyd edib ki, Murtuz Ələsgərov Bakı Dövlət Universitetində sıravi müəllimlikdən rektor vəzifəsinədək yüksəlib, Azərbaycanın ictimai-siyasi həyatında baş verən proseslərdə həmişə fəal iştirak edib. Hələ 1988-ci ildə o, süquta doğru gedən Sovetlər İttifaqının aqibətini aydın görür, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması üçün bütün vasitələrdən istifadə edirdi.

“O dövrdə ulu öndər Heydər Əliyev keçmiş İttifaqın rəhbərliyindən uzaqlaşdırılmış, respublikada ona qarşı çirkin kampaniya başlanmışdı. Heydər Əliyevin əzəmətindən, xalqın öz həqiqi liderinə inamından qorxanlar bu böyük siyasətçinin və dövlət xadiminin yenidən hakimiyyətə gəlməsinin qarşısını almaq üçün hər vasitədən istifadə edirdilər. Bununla əlaqədar qondarma yaş senzi məsələsi ortaya atılmışdı. Məhz belə bir vaxtda Murtuz Ələsgərov respublika prezidenti seçkilərində namizədlər üçün yaş məhdudiyyəti tətbiq edən Konstitusiya maddəsinin ləğv edilməsi üçün respublika parlamenti önündə keçirilən mitinqlərə rəhbərlik edirdi. O vaxt Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri idi. Azərbaycanın sağlam qüvvələrinin səyləri ilə Ulu Öndərin şəxsiyyəti ətrafında Yeni Azərbaycan Partiyası yaranmış və Murtuz müəllim partiyanın sədr müavini seçilmişdi”, - deyə Oqtay Əsədov xatırladıb.

Qeyd edilib ki, Murtuz Ələsgərov o vaxt mətbuatda dərc olunan məqalələrində və müsahibələrində Heydər Əliyevin Azərbaycanı xilas edə biləcək yeganə siyasi lider olduğunu çəkinmədən bəyan edirdi. Bütün bunlar iqtidarda olanların narazılığına və narahatlığına səbəb olurdu. Nəticədə Murtuz müəllimi qorxutmaq məqsədilə ona planlı hücum təşkil edildi, ağır fiziki xətər yetirildi. Amma Murtuz Ələsgərov sarsılmadı və öz mübarizəsində axıradək qətiyyət göstərdi. 1993-cü il iyunun 15-də böyük siyasi və dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etdi. Ulu Öndərin ən mühüm addımlarından biri yeni Konstitusiya layihəsinin hazırlanması üzrə komissiyanın təşkil edilməsi oldu. Ölkəmizin görkəmli hüquqşünasları ilə birlikdə Murtuz Ələsgərov da komissiyanın işində yaxından iştirak etdi.

Milli Məclisin sədri bildirib ki, 1995-ci ilin noyabr ayında müstəqil dövlətimizin ilk Konstitusiyası ümumxalq səsverməsi yolu ilə qəbul edildi, ilk dəfə olaraq demokratiya şəraitində Milli Məclisə azad seçkilər keçirildi. Seçkilər nəticəsində 9 siyasi partiyanın, o cümlədən Yeni Azərbaycan Partiyasının nümayəndələri parlamentdə yer aldılar. Murtuz Ələsgərov da Yeni Azərbaycan Partiyasının nümayəndəsi kimi müstəqil dövlətimizin ilk parlamentinin üzvü oldu, 1996-cı il oktyabrın 16-da isə Milli Məclisin sədri seçildi. Onun parlamentə rəhbərlik etdiyi 9 il ölkəmizdə qanunvericilik fəaliyyətinin ən gərgin və eyni zamanda, məhsuldar dövrlərindən birini təşkil edib.

Murtuz Ələsgərovun xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Ulu öndər Heydər Əliyevin Fərmanı ilə o, “İstiqlal” ordeninə layiq görülüb. Prezident İlham Əliyevin Sərəncamına əsasən Murtuz Ələsgərov Azərbaycanda hüquq elminin və təhsilinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilib.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov görkəmli dövlət xadimi Murtuz Ələsgərovun böyük və şərəfli ömür yolu keçdiyini qeyd edib, onun Azərbaycan xalqının görkəmli ziyalılarının parlaq nümunəsi olduğunu bildirib. Baş nazirin müavini deyib: “O, Azərbaycan ziyalısına malik keyfiyyətləri özündə birləşdirərək ölkəmizin dövlət müstəqilliyi ideyaları uğrunda daim mübarizə aparıb, müstəqil dövlətçiliyimizin hüquqi əsaslarının yaradılmasında yaxından iştirak edib. Onun bir alim, ziyalı kimi malik olduğu nüfuz xalq hərəkatının ictimai statusunun yüksəlməsində mühüm rol oynayıb”.

Murtuz Ələsgərovun ulu öndər Heydər Əliyevin ən yaxın və sadiq silahdaşlarından biri olduğunu vurğulayan Əli Əhmədov bildirib ki, o, müasir Azərbaycan tarixində özünəməxsus yeri və rolu olan ictimai-siyasi xadim idi. Böyük həyat təcrübəsinə, zəngin biliyə malik Murtuz Ələsgərov hər zaman Heydər Əliyev ideyalarına, Azərbaycanın müstəqillik ideyalarına sədaqət nümayiş etdirib. Bu ideyaların yayılmasında, möhkəmlənməsində müstəsna rol oynayıb. Məhz bu xidmətlər Murtuz Ələsgərovun müasir Azərbaycan tarixində əvəzsiz rolu olan şəxsiyyət olduğunu deməyə əsas verir.

Baş nazirin müavini deyib: “Murtuz Ələsgərov Yeni Azərbaycan Partiyasının təsis olunmasında, təşkilində, inkişafında da xüsusi xidmətlər göstərib. O, Partiyanın formalaşması mərhələsində özünün mübarizliyi, biliyi, bacarığı ilə bu prosesə töhfəsini verib”.

Murtuz Ələsgərovun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda iştirakından məmnunluğunu ifadə edən Rusiya Federasiyasının Əməkdar hüquqşünası, professor Revol Valeyev Azərbaycanın görkəmli dövlət xadimi ilə bağlı xatirələrindən danışıb. Murtuz Ələsgərovun hüquq sahəsində zəngin biliklərə malik olduğunu söyləyən Revol Valeyev onunla beynəlxalq hüquq sahəsindəki fərqli problemləri müzakirə etdiklərini deyib.

“Murtuz Ələsgərov gərgin iş qrafikinə baxmayaraq, müntəzəm olaraq elmi əsərlər üzərinə işləməyə də vaxt tapırdı. Bu əsərlər həm rus, həm Azərbaycan dilində dərc edilirdi. Mən onun SSRİ-nin bir sıra ölkələrlə imzaladığı müqavilələrə, sazişlərə həsr edilən məqalələrini xatırlayıram. Onun həm də beynəlxalq hüququn digər sahələrinə həsr olunan əsərləri var. Hər zaman enerjili olan Murtuz Ələsgərovun qəlbində xalqına böyük sevgi var idi. Murtuz Ələsgərov cavan alimləri görəndə fəxr edirdi. Bu gün alimlər onun xatirəsini yad edirlər. O, tələbələri üçün böyük müəllim olaraq qalacaq”, - deyə Revol Valeyev vurğulayıb.

Moskva Dövlət Universitetindən gələn qonaqlar adından çıxış edən universitetin prorektoru, professor İqor Kotlobovski Murtuz Ələsgərovun elmi fəaliyyətinə geniş nəzər salıb. Qeyd edib ki, həyatının böyük bir hissəsi Bakı Dövlət Universitetinə bağlı olan Murtuz Ələsgərov yüksək ixtisaslı kadrların hazırlanmasına hər zaman xüsusi diqqət yetirib.

Murtuz Ələsgərovun Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yaxın silahdaşlarından olduğunu söyləyən prorektor deyib: “ O, Azərbaycanda dövlət quruculuğuna önəmli töhfələr verib. Azərbaycan Konstitusiyasının hazırlanması prosesində yaxından iştirak edib. Beynəlxalq hüquq sahəsində görkəmli mütəxəssis olaraq dövlətin hüquqi əsaslarının, müasir qanunvericiliyin yaradılmasına önəmli töhfələr verib”.

Bildirilib ki, Murtuz Ələsgərov Azərbaycan və Rusiya parlamentləri arasında əməkdaşlığın genişləndirilməsində də yaxından iştirak edib. Ölkələrimiz arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsi sahəsindəki xidmətlərinə görə Rusiya Federasiyasının "Dostluq" ordeni ilə təltif olunub.

Ukraynadan olan professor Leonid Timçenko çıxışında Murtuz Ələsgərovun Sovet İttifaqının tanınmış və görkəmli hüquqşünaslarından olduğunu söyləyib. Murtuz Ələsgərovla görüşünü xatırladan professor deyib: “O hər zaman, o cümlədən Milli Məclisin deputatı olduğu zamanlarda da aspirantların elmi mövzuları ilə maraqlanır, praktiki və elmi tövsiyələrini verirdi. Hamı ilə ünsiyyət qurur, səmimi söhbət edirdi. BDU-nun hüquq fakültəsinin dissertasiya şurasının üzvü kimi mənim də Murtuz Ələsgərovla görüşmək imkanım oldu. O gərgin iş qrafikinə baxmayaraq, bizimlə görüşə geniş vaxt ayırdı, elmi mövzularımızla maraqlandı. Ukraynadan və Rusiyadan olan alimlərlə söhbət etdi. Səmimi və maraqlı söhbət alındı”.

Konfransda Gürcüstan Elmlər akademiyasının həqiqi üzvü, akademik Levan Aleksidze videomüraciət vasitəsilə Azərbaycan xalqının böyük ziyalısı ilə bağlı xatirələrini və fikirlərini bölüşüb. Qeyd edib ki, hər zaman beynəlxalq konfranslarda, simpoziumlarda Murtuz Ələsgərovun dəyərli məruzələri maraqla dinlənilirdi. “O səmimi insan, mehriban dost, görkəmli hüquqşünas idi”, - deyə akademik vurğulayıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Murtuz Ələsgərovun Azərbaycanın nüfuzlu şəxsiyyətlərindən biri olduğunu qeyd edib. “Hələ 1980-ci illərdə o, görkəmli hüquqşünas alim, ziyalı, cəmiyyətimizi maarifləndirən siyasi icmalçı kimi adını Azərbaycan tarixinə yazdırmışdı. Ancaq Murtuz Ələsgərov bununla kifayətlənmədi. Ermənistanın Azərbaycana ərazi iddiaları, Dağlıq Qarabağda baş qaldıran separatçılıqla bağlı yerli mətbuatda və televiziyada, o cümlədən Rusiya mediasında onun geniş, ətraflı şərhləri hər birimizin yadındadır. Murtuz Ələsgərov o dövrdə xalqın müstəqillik mübarizəsinin əsas simalarından biri idi. Onun xalq hərəkatında təmsil olunması bu prosesə sözün həqiqi mənasında yeni məzmun verdi”, - deyə Əli Həsənov vurğulayıb.

Prezidentin köməkçisi bildirib ki, Murtuz Ələsgərov 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması prosesində də yaxından iştirak edib. O vaxt bütün Azərbaycan xalqı, ziyalıları ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşmişdi. Həmin çətin dövrdə Heydər Əliyevin silahdaşlarının ön sıralarında gedənlərdən biri də Murtuz Ələsgərov olub. Onun hüquqi biliyi, ictimai-siyasi və elm xadimi kimi fəaliyyəti partiya quruculuğuna mühüm töhfələr verirdi. Murtuz Ələsgərov elmi, pedaqoji, ictimai siyasi fəaliyyəti ilə Azərbaycan xalqının qəlbində özünə layiqli yer tutub. Məhz bu fəaliyyətin nəticəsi idi ki, Milli Məclisə seçkilərdə onun namizədliyi dəstəkləndi. O, Azərbaycanda qanunvericilik fəaliyyətinin təkmilləşdirilməsində böyük xidmətlər göstərib.

Murtuz Ələsgərovun daim gərgin fəaliyyət göstərdiyini bildirən prezidentin köməkçisi deyib ki, Azərbaycan üçün çalışan, onun ictimai-siyasi həyatında mühüm rol oynayan insanlar hər zaman xalqımız tərəfindən böyük ehtiramla anılır. Murtuz Ələsgərov məhz belə insanlardan biri idi.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev vurğulayıb ki, görkəmli ictimai-siyasi xadim, böyük ziyalı, hüquqşünas alim Murtuz Ələsgərov cəmiyyətimizdə özünü təsdiq etmiş, böyük nüfuza malik bir şəxsiyyət idi. O, öz fədakar fəaliyyəti ilə hər zaman xalqına, dövlətinə bağlılığını sübut edib.

Murtuz Ələsgərovla bağı xatirələrini bölüşən Fərhad Abdullayev diqqətə çatdırıb ki, o, hər zaman ətrafında olan insanlara, qayğıkeş dost kimi yanaşır, müxtəlif məsələlərdə yardımçı olurdu. Həm hüquqşünas, həm ictimai-siyasi, həm də dövlətçilik fəaliyyəti ona cəmiyyətdə böyük hörmət və nüfuz qazandırmışdı.

Azərbaycan Konstitusiyasının hazırlanıb qəbul olunmasını Ulu Öndərin xalqımız qarşısındakı misilsiz xidmətlərindən biri olduğunu qeyd edən Konstitusiya Məhkəməsinin sədri deyib: “O zaman ümummilli lider Heydər Əliyevin sədrliyi ilə yeni Konstitusiya layihəsini hazırlayan komissiya yaradıldı. Komissiyaya nüfuzlu hüquqşünaslar, ölkənin sayılıb-seçilən ziyalılar daxil edilmişdi. Əlbəttə ki, Murtuz Ələsgərovun da bu komissiyadakı fəaliyyəti, onun hüquqi yanaşmaları, fikirləri Konstitusiyamızın hazırlanmasında çox önəmli rol oynadı”.

Müstəqil Azərbaycan dövlətçiliyi tarixində Murtuz Ələsgərovun layiqli yerinin və rolunun olduğunu söyləyən Fərhad Abdullayev bildirib ki, görkəmli ictimai-siyasi xadim respublikanın praktiki hüquq orqanları ilə daim sıx əlaqə saxlayır, qanunların və digər hüquqi sənədlərin layihələrinin hazırlanmasında onlara yaxından kömək edirdi. 1998-ci ildə yaradılan Konstitusiya Məhkəməsinin qanunvericilik bazası formalaşdırılarkən də Murtuz Ələsgərovun dəstəyi, fikirləri və tövsiyələri mühüm rol oynayıb. Onun əziz xatirəsi xalqımızın, o cümlədən hüquqşünasların qəlbində daim yaşayacaq.

Murtuz Ələsgərov adına adlı təqaüdçü, hüquq fakültəsinin 4-cü kurs tələbəsi Əkbər Əliyev belə bir görkəmli şəxsiyyətin adını daşıyan təqaüdə layiq görülməsindən qürur hissi duyduğunu ifadə edib.

Sonra konfrans işini bölmə iclasları ilə davam etdirib.

Görkəmli dövlət xadimi Murtuz Ələsgərovun 90 illik yubileyi münasibətilə beynəlxalq elmi-praktiki konfrans keçirilib YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır