CƏMİYYƏT


Göyçayda “Aqroturizm və Məşğulluq” festivalı keçiriləcək

Bakı, 20 iyun, AZƏRTAC

İyunun 25-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Göyçay Peşə Hazırlığı Mərkəzi və Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “Aqroturizm və Məşğulluq” (#GöyçayFest) festivalı keçiriləcək.

Agentliyin Strateji kommunikasiya departamentindən AZƏRTAC-a bildirilib ki, festivalda kənd təsərrüfatı, ictimai iaşə və aqroturizm istiqamətində maraqlı subyektlərin sərgiləri təşkil olunacaq. Həmçinin bu istiqamətlərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin məhsulları və həyata keçirilmiş layihələr nümayiş etdiriləcək.

Festivalda iştirakçılar aqroturizmçilər və işəgötürənlərin nümayiş etdirdikləri məhsullarla tanış olmaq imkanı qazanacaq, təşkil olunacaq satış sərgisində yerli sahibkarların məhsullarını əldə edə biləcəklər.

Tədbir Dövlət Məşğulluq Agentliyi, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu, Dövlət Turizm Agentliyi, Göyçay Rayon İcra Hakimiyyəti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, “Aznar” QSC, “Göyçay-Süd” ASC və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının birgə tərəfdaşlığı ilə baş tutacaq.

Məqsəd regionda aqroturizm və ekoturizmin, eləcə də milli qastronomiyanın inkişafına dəstək olmaq, yerli sahibkarların aqroturizmə marağını artırmaq, aqroturizm idarəetmə təcrübəsini təşviq etməklə əhalinin məşğulluq imkanlarını genişləndirməkdir. Həmçinin peşə mərkəzi müdavimləri, gənclər üçün əlavə gəlir gətirən, həmçinin iqtisadi dayanıqlılığı özündə birləşdirən turizm növlərini inkişaf etdirməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.