REGİONLAR


Göyçayda gənclər üçün “Təhsil və karyerada kvant düşüncəsinin rolu” mövzusunda təlim keçirilib

Göyçay, 4 avqust , AZƏRTAC

Göyçay rayonunda Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Göyçay nümayəndəliyinin təşkilatçılığı ilə gənclər üçün “Təhsil və karyerada kvant düşüncəsinin rolu” mövzusunda təlim keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlim zamanı mövzu ətrafında interaktiv müzakirələr aparılıb. Müzakirələr "Arzu və istəklərimizin dəqiq olmaması və ya onları reallaşdıra bilməməyimiz", "Qazanc və inkişafımızın yetərli olmaması", "Dəyər və hörmət görmədiyimiz gərgin iş mühiti", "Çətin müştərilər", "Təxirə salmaq", “Fərqindəlik və düşüncə gücünün əhəmiyyəti" mövzularını əhatə edib.

Qeyd edək ki, təlim GİKM-in Göyçay nümayəndəliyinin və 3D Klubunun təşkilatçılığı ilə 20 ildən çox təcrübəyə sahib, 3D Klubunun rəhbəri, Kvant düşüncə təlimçisi Cəfər İbadov tərəfindən həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.