REGİONLAR
Göyçayda nar bağlarına aqrotexniki qulluq edilir
Göyçay, 12 sentyabr (AZƏRTAC). Son illər Göyçay rayonunda kənd təsərrüfatının inkişafı istiqamətində xeyli işlər görülüb və bu sahədə əldə olunan nəticələr ürəkaçandır.
Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Göyçayda fərdi təsərrüfat sahibləri və fermerlər tərəfindən meyvəçiliyə, xüsusən də narçılığa xüsusi maraq var. Narçılığın əvvəlki şöhrətinin özünə qaytarılması üçün hər il rayonda yeni bağlar salınır.
Bu il rayonda 80 hektar sahədə yeni nar bağı salınıb. Hazırda mövcud bağlarda ağaclara aqrotexniki qulluq göstərilir. Təkcə son 3 ildə rayonda 1100 hektar yeni meyvə bağı salınıb, bunun da 730 hektarı nar bağlarıdır. Torpaq sahibləri son 5 ildə nar bağlarının ərazisini genişləndirərək 3620 hektara çatdırıblar. Bunun 2746 hektarı bar verir.