REGİONLAR


Göyçayda şəhidin doğum günü məzarı önündə qeyd olunub

Göyçay, 1 avqust, AZƏRTAC

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Elvin Mikayılovun doğum günü Göyçayın Alpout kəndində məzarı önündə qeyd olunub. Mərasimdə rayon icra hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon idarəsinin rəisi, polkovnik-leytenant Famil Əliyev, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Sahib Şükürov, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayonu şöbəsinin nümayəndələri, kənd sakinləri, şəhidin ailə üzvləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə şəhid Elvin Mikayılovun əziz xatirəsi ehtiramla yad olunub, məzarı üstünə gül dəstələri düzülüb. Mərasimdə çıxış edənlər şəhidin keçdiyi qısa və şərəfli həyat yolundan danışıb, Vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərin xatirəsinin daim əziz tutulacağını söyləyiblər.

Elvin Mikayılovun ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonda məktəblilər Vətənə, şəhidlərə həsr olunan şeirlər söyləyiblər.

Qeyd edək ki, şəhid Elvin Mikayılov 1986-ci il avqustun 1-də Göyçay rayonunun Alpout kəndində anadan olub. 2020-ci il sentyabrın 21-də hərbi təlimlərə cəlb edilib. Torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə vuruşub. Oktyabrın 26-da Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Prezidentin Sərəncamı ilə “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.