REGİONLAR
Göyçayda taekvondo turniri başa çatıb
Göyçay, 12 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçay rayonunda idmanın taekvondo növü üzrə təşkil olunan turnirin qalibləri məlum olub.
AZƏRTAC xəbər verir ki, Göyçay Olimpiya İdman Kompleksində keçirilən yarışda Göyçay Ağdaş, Şamaxı, Yevlax və Zərdabdan 100-ə yaxın idmançı iştirak edib. Qız və oğlanlar arasında keçirilən yarışda idmançılar 12 çəki dərəcəsi üzrə mükafatlar uğrunda mübarizə aparıblar.
Qızlar arasında Mələk Xəlilova (21 kq), Nərgiz Kazımova (27 kq), Səmaviyyə Rəhimli (29 kq) və Ofeliya Allahverdiyeva (41 kq), oğlanlar arasında isə Qnyaz Cəfərov (20 kq), Kamil Şeydayev (22 kq), Rafiq Osmanov (24 kq), Abdüləli Əliyev (26 kq), Əkbər Əliyev (30 kq), Sunay Məmmədli (32 kq), İbrahim Həmidov (37 kq) və Cəlal Xəlilov (41 kq) birinci yeri tutublar. Əldə edilən medalların sayına görə Göyçay, Zərdab və Şamaxı komandaları müvafiq olaraq I-III yerləri tutublar.
Qaliblərə diplom və medallar təqdim olunub. Yarışda ilk üç yeri tutan idmançılar ölkə çempionatında iştirak edəcəklər.