CƏMİYYƏT
Göz üçün faydalı qidalar
Bakı, 7 oktyabr, AZƏRTAC
Qeyri-sağlam qidalanma, ekoloji amillər bütün orqanlara, o cümlədən də gözlərin sağlamlığına mənfi təsir göstərir. Amma elə meyvə və tərəvəzlər var ki, görmənin keyfiyyətini artırır.
AZƏRTAC xəbər verir ki, göz sağlamlığı üçün A, S, E vitaminləri, beta-karotinlə zəngin qidalara üstünlük vermək lazımdır. Onlar xüsusilə gözün torlu qişası və digər funksiyalar üçün faydalıdır.
Həkimlər qeyd edirlər ki, sadəcə yerkökü yemək yaxşı görmə üçün kifayət deyil. A vitamini qaynağı olan köklə yanaşı, Omeqa-3, Omeqa-6 yağ turşuları, sink və maqnezium kimi minerallarla zəngin qidaları unutmaq olmaz. Çünki məhz onlar müəyyən yaşdan sonra gözlərin zəifləməsinin qarşısını əhəmiyyətli dərəcədə alır.
Qırmızı istiot və ispanaqda olan A vitamini xüsusilə gözün gecəgörmə qabiliyyəti müqavimətini artırır. Qaragilə, eyni zamanda, şirin kartofda olan S vitamini göz üçün faydalıdır. Omeqa-3 yağ turşuları baxımından zəngin olan balıq torlu qişa və hüceyrə membranını qoruyur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [17:36]
Düzgün yastıq seçimi rahat yatmağa kömək edir
- 16.08.2023 [12:58]
Qodji ən qiymətli dərman bitkilərindən biridir
- 11.08.2023 [11:58]
Çimərlik və turizm obyektlərində qidalanma
- 11.08.2023 [01:09]
Səs titrəməsindən istifadə edilən qədim müalicə üsulu
- 05.08.2023 [15:52]
Hicama zamanı nəzərə alınmalı məqamlar
- 05.08.2023 [12:25]
Çay kimi tanınan sitrus bitkisi - Berqamot
- 04.08.2023 [12:42]
“Omeqa-3” balıq yağının faydaları və istehlak qaydaları
- 04.08.2023 [02:43]