İDMAN


Güləş hakimlərinin növbəti vebinarı keçirilib

Bakı, 10 sentyabr, AZƏRTAC

Azərbaycan Güləş Federasiyasının Hakimlər Kollegiyasının növbəti vebinarı baş tutub.

AZƏRTAC federasiyaya istinadla xəbər verir ki, dördüncü dəfə təşkil olunan onlayn seminarda Hakimlər Kollegiyasının sədri Qərib Əliyev ilk öncə Dünya Güləş Birliyinin (UWW) hakimlər üçün keçirdiyi son seminarlardakı mövzulardan bəhs edib. O, güləşçilərin qayda pozuntularından, parterdəki vəziyyətdən, fənd zamanı idmançı zədələnərsə, qəbul edilməli olan qərarlardan, fit səsləndikdən sonra edilən fəndlərdən, hakimlərin xalçadakı mövqelərindən və buraxdıqları səhvlərdən və başqa məsələlərdən danışıb.

Daha sonra yarımçıq və tam icra olunan fəndlərin əks olunduğu video görüntülər şərh olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.