SİYASƏT
Gürcüstan KİV-i Prezident İlham Əliyevin IX Qlobal Bakı Forumundakı çıxışından silsilə materiallar yayıb
Tbilisi, 17 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, Gürcüstanın “24news.ge”, “interpress.ge”, “aktual.ge”, “gaxa.ge”, “kavkasia.net” informasiya portalları, “1tv.ge” televiziyası Azərbaycan Prezidentinin Forumdakı çıxışından xəbər hazırlayıblar.
Azərbaycan, gürcü, ingilis və rus dillərində yayılan xəbərlərdə Prezident İlham Əliyevin ATƏT-in Minsk qrupu, regional əməkdaşlıq və bu barədə Gürcüstan tərəfi ilə aparılan müzakirələr, Ermənistan tərəfinin destruktiv fəaliyyəti barədə fikirləri, eləcə də gürcü həmkarı Salome Zurabişvili ilə görüşü barədə oxuculara məlumatlar çatdırılır.
Mətbuat Gürcüstan Prezidenti Salome Zurabişvili və eks-prezident Giorgi Marqvelaşvilinin Forumdakı çıxışlarından materiallar yayıblar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi