DÜNYA


Gürcüstan iqtisadiyyatı 5 faiz azalıb

Tbilisi, 30 oktyabr, AZƏRTAC

Sentyabr ayında Gürcüstanda ümumi daxili məhsulun (ÜDM) istehsalının dəyəri 2019-cu ilin eyni ayı ilə müqayisədə 0,7 faiz azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən məlumat yayıb.

Bildirilir ki, sentyabrda Gürcüstanda yalnız mədən və karxanalar, topdan və pərakəndə ticarət, bank və sığorta sahələrində artım qeydə alınıb. Digər sahələrdə isə azalma müşahidə olunub.

Ümumilikdə isə cari ilin yanvar-sentyabr aylarında Gürcüstanda 5 faiz həcmində iqtisadi azalma qeydə alınıb. Azalmaya əsas səbəb kimi koronavirus pandemiyası göstərilir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.