İQTİSADİYYAT


Gürcüstan yarım ildə Azərbaycandan 505 milyon kilovat-saat elektrik enerjisi idxal edib

Tbilisi, 27 iyul, AZƏRTAC

Cari ilin birinci yarısında Gürcüstan Azərbaycandan 505 milyon kilovat-saat elektrik enerjisi idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,4 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru” (ESCO) məlumat yayıb.

Bildirilir ki, yanvar-iyun ayları ərzində Gürcüstan ümumilikdə 1 milyard 706,1 milyon kilovat-saat elektrik enerjisi tədarük edib ki, bunun da 29,6 faizi Azərbaycanın payına düşüb.

Hesabat dövründə Rusiya Gürcüstanın əsas elektrik enerjisi təminatçısı olub. Gürcüstan yarım ildə Rusiyadan 1 milyard 39,9 milyon kilovat-saat elektrik enerjisi idxal edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.