DÜNYA


Gürcüstanda Salome Zurabişvili qələbəsini qeyd edir

Tbilisi, 29 noyabr, AZƏRTAC

Gürcüstan Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turundan sonra bülletenlərin 98,76 faizinin nəticələrini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, 3705 məntəqədən 3659-nun nəticələri artıq bəllidir.

İlkin rəsmi məlumatlara əsasən dairələrin böyük əksəriyyətində hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının dəstəklədiyi Salome Zurabişvili qalib gəlib.

Salome Zurabişvili 59,61 faiz səs toplayıb. Onun lehinə 1 milyon 143 min 111 nəfər səs verib.

“Vahid Milli Hərəkat” partiyasının və “Güc birlikdədir” müxalifət blokunun dəstəklədiyi Qriqol Vaşadze isə 40,39 faiz səs toplayıb. Onu 774 min 468 seçici dəstəkləyib.

Noyabrın 29-da gecə saatlarında S.Zurabişvilinin tərəfdarları qələbəni paytaxt küçələrində qeyd ediblər. Səhərə yaxın S.Zurabişvili özü də şəhərdə tərəfdarları arasında olub.

Salome Zurabişvili Gürcüstanın ümumxalq səsverməsi ilə seçilən sonuncu prezidenti olacaq. 2024-cü ildə ölkə prezidenti parlamentin deputatları, quberniya və bələdiyyə rəhbərləri tərəfindən seçiləcək.

Konstitusiyaya uyğun olaraq S.Zurabişvilinin andiçmə mərasimi dekabrın 16-da olacaq.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.