DÜNYA


Gürcüstanda bələdiyyə seçkilərinə start verilib

Tbilisi, 21 oktyabr, AZƏRTAC

Oktyabrın 21-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər başlayıb.

AZƏRTAC xəbər verir ki, səhər saat 8:00-da 3644 seçki məntəqəsinin hamısı vaxtında açılıb.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tamar Jvaniya bildirib ki, bu gün seçicilər 2058 bələdiyyə üzvünü, 64 şəhər meri və 64 şura üzvünü seçəcəklər. Seçkilərdə 369 nəfər namizəd mer vəzifəsinə, o cümlədən 13 nəfər paytaxt Tbilisi şəhərinin meri vəzifəsi uğrunda mübarizə aparır. Səsvermənin gedişini ümumilikdə 75 min 611 müşahidəçi izləyəcək. Prosesi, həmçinin 4820 jurnalist izləyəcək. Seçici siyahılarında 3 milyon 440 min 123 seçicinin adı var.

Səsvermə saat 20:00-da başa çatacaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.