CƏMİYYƏT


Gürcüstanda “donuz qripi”nə yoluxma halı qeydə alınıb

Tbilisi, 10 dekabr, AZƏRTAC

Gürcüstanda mövsümi qrip virusu yayılmağa başlayıb. Artıq “donuz qripi” adlanan A (H1N1) virusuna yoluxma ilə bağlı da ilk hal qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Birinci kanalı (1TV) məlumat yayıb.

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən telekanala bildirilib ki, virusa yoluxma halı ötən həftə Batumi şəhərində qeydə alınıb. Virusa yoluxan yeniyetmədir.

O xəstəxanaya yerləşdirilib və artıq müalicə olunur.

Milli mərkəzdən bildirilib ki, ölkədə mövsümi qripə yoluxma halları illik müqayisədə artıb.

Xatırladaq ki, 2018-ci ildə Gürcüstanda 20 nəfər H1N1 virusundan dünyasını dəyişib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.