Gürcüstanın Regional Ekoloji Mərkəzinin əməkdaşı: Qarabağda torpaq, meşə və digər sahələrlə bağlı layihələrdə iştirak edəcəyik VİDEO
AzerTAg.az
Füzuli, 15 aprel, AZƏRTAC
Biz ölkənizin işğaldan azad olunmuş torpaqlarını - Füzulini, Şuşanı, Ağdamı görmək üçün Gürcüstandan gəlmişik. Bu yerlərə səfər etməkdən çox məmnunuq.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Gürcüstanın Regional Ekoloji Mərkəzinin əməkdaşı Yevgeniya Mehdiyeva söyləyib.
“İşğaldan azad olunmuş torpaqlarda hər yer minalanıb. Ölkənizdəki nümayəndəliyimiz Qarabağda tikinti-quruculuq işlərində daha böyük irəliləyişin əldə olunması üçün gələcəkdə torpaq, meşə və digər sahələrlə bağlı layihələrdə iştirak edəcək”, - deyə o bildirib.
Qeyd edək ki, Gürcüstan mədəniyyət xadimləri, ekoloqlar, türkoloqlar və blogerlərdən ibarət nümayəndə heyətinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri başlayıb. Nümayəndə heyəti bu gün Cəbrayıl və Füzulidə olub.

Xəbərin mətnində orfoqrafik səhv var