SİYASƏT


Gürcüstanın xarici işlər naziri ölkəmizə səfər edəcək

Tbilisi, 16 fevral, AZƏRTAC

Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani fevralın 18-də Azərbaycana səfər edəcək.

AZƏRTAC xəbər verir ki, səfərin məqsədi Bakıda keçiriləcək Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçılarının üçtərəfli formatda doqquzuncu görüşündə iştirak etməkdir.

Gürcüstan Xarici İşlər Nazirliyindən bildirilib ki, səfər çərçivəsində David Zalkaliani Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici siyasət idarəsinin başçısı Mövlud Çavuşoğlu ilə təkbətək görüşlər keçirəcək.

Qeyd edək ki, Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli formatda son görüşü 2019-cu ilin dekabrında Tbilisidə keçirilib və həmin iclasda növbəti 9-cu görüşün Bakıda keçirilməsi barədə razılıq əldə olunub.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.