SİYASƏT
HƏMVƏTƏNİMİZ UKRAYNA DOPPLER KLUBUNUN ÜZVÜ SEÇİLMİŞDİR
Ukraynada yaşayan həmvətənimiz, Rovno şəhərindəki Mərkəzi xəstəxananın ultrasəs diaqnostikası mütəxəssisi Roza Fərman qızı Nadirova (Abdullayeva) təbabətin həmin sahəsində ən yaxşı mütəxəssisləri birləşdirən bu elit klubun üzvü seçilmişdir.
Əslən sumqayıtlı olan Roza xanım artıq neçə ildir Rovno şəhərində yaşayır. Doktor Nadirova peşəkarlığı və mehribanlığı ilə həmkarları arasında böyük nüfuz qazanmışdır. O, Rovno vilayətindəki diasporumuzun ictimai işlərində də fəal iştirak edir.
Roza xanımın böyük qardaşı Elbrus Abdullayevi Rovno vilayətində yaxşı tanıyırlar. O, vilayət dövlət administrasiyası başçısının birinci müavini vəzifəsində çalışmış, indi isə vilayət Radasının deputatıdır. Elbrus Abdullayev əvvələr Ukrayna nəqliyyat nazirinin birinci müavini olmuşdur.